Bu sərgi Altay Sadıqzadənin yaradıcı dünyagörüşü və sənət üslubu haqqında əsaslı təəssürat yaratmaq baxımından olduqca maraqlıdır, diqqətəlayiqdir. Burada rəssamın rəngkarlıq və qrafika janrında, eləcə də bir heykəltəraş kimi fərqli illərdə yaratdığı əsərlər əksini tapıbr.
Bu əsərlərin digər məziyyətləri ilə yanaşı, bir önəmli xüsusiyyəti də vardır ki, onlar müəyyən ovqat, əhval-ruhiyyə ifadə edirlər. Rəssam gerçəkliyi təxəyyülsüz, duyğusuz təkrarlamır və yaratdığı obrazların quru görüntüsünü, əksini, karton maskasını deyil, canlı surətini yaradır. Yaradıcılığın gücü və əsrarəngliyi də məhz bundadır. Bu mənzərələrdə həm də zamanın – keçmişin, indinin və gələcəyin obrazı vardır. Burada reallıq və fantaziya, gerçəklik və sənətkar təxəyyülü, bədii hiss və incə estetik zövq, cəsarət anı və hədsiz zəriflik üzvi surətdə birləşib.
Bütün sənətsevərlərin böyük maraqla qarşıladığı sərgi 2012-ci il fevralın 6-dək davam edəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB