Azərbaycanın əməkdar artisti, bəstəkar və müğənni Elza Seyidcahan öz tamaşaçılarını yenidən təəccübləndirəcək. Bunu SİA-ya açıqlamasında bəstəkar özü deyib.
Onun sözlərinə görə, yeni təmirdən çıxan Rəşid Behbudov adına Mahnı Teatrında \"Elza və yeddilər\" adlı solo konsertlə çıxış edəcək: \"Konsertimin adının belə olması heç də təsadüfi deyil. Çünki 7-ci ayın 7-ci günündə anadan olmuşam. Oranın solisti olaraq da məhz bu məkanı seçdim\".
\"Konsert salonu 200 nəfər tutduğundan iki gün tamaşaçılarımı sevindirəcəm. İki günlük konsertimdə fərqli geyimlərdə olacam. Belə ki, 7 rəngdən ibarət kağızdan paltar geyinəcəyəm\",- deyə əməkdar artist əlavə edib.
Qeyd edək ki, konsert yanvarın 21-22-də baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB