“Eurovision-2012” Milli Seçim turunun 4-cü həftəsinin qalibi bəlli oldu- FOTO
Nəticə olunmamışdan əvvəl xalq artisti Faiq Ağayev maraqlı ifası ilə iştirakçıların həyəcanlı dəqiqələrini aradan qaldırıb. Daha sonra isə aparıcı Leyla Əliyeva bu həftənin qalibini elan edib.
Nəticələrə görə Fəqan Səfərov 4-cü həftənin qalibi seçilib.
Orxan Nəsibov 4 səslə 7-ci, Emin Həsən 5 səslə 6-cı, "Empathy" qrupu 7 səslə 4-cü, Renat Aslanov 3 səslə 8-ci, Nigar Babayeva 8 səslə 3-cü, Nadejda Mikayılova 10 səslə 2-ci, Kamran Əzizov 6 səslə 5-ci yerdə qərarlaşıblar.
Gələn həftədən başlayaraq ifaçılar yenidən Avropanın ən nüfuzlu mahnı müsabiqəsində ölkə təmsilçiliyinə namizədlər həftənin 5 günündə İctimai Televiziyanın canlı efirində milli seçim turunun xüsusi proqramını yerinə yetirəcəklər. Seçim turunun proqramına əsasən bu gün onlar dünya estradasından mahnıları ifa etməlidirlər.
Qeyd edək ki, seçim turlarında iştirak edən 72 iddiaçı ümumilikdə hər birində 9 nəfər olmaqla 8 qrupda yarışır. Hər həftənin qalibi yarımfinal mərhələsinə vəsiqə qazanır. Qalibin seçimi "Eurovision "Mahnı Müsabiqəsinin qaydalarına uyğun olaraq həm münsiflər heyəti, həm də tamaşaçıların SMS səsverməsinə əsasən aparılır. Həftənin qalibi, milli seçim turunun 4-cü yarımfinalçısı cümə günü müəyyən ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB