Yaşar Nurinin vəziyyəti agır olaraq qalır

Yaşar Nurinin vəziyyəti agır olaraq qalır

"Yaşarın vəziyyəti hələ də ağırdır". Bunu SİA-ya açıqlamasında vəziyyəti yenidən pisləşən xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva bildirib.

Onun sözlərinə görə, aktyor Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsindədir və özündə deyil, hətta danışa da bilmir: "Həkimlər əllərindən gələni edir. Yanına heç kim buraxılmır. Yaşarı yerindən belə tərpətmək olmaz".

Qeyd edək ki, Y. Nurinin səhhəti bu il sentyabrın 15-də də qəflətən pisləşmiş, aktyor bir müddət Dövlət Gömrük Komitəsinin Hospitalında müalicə almışdı.

Xalq artisti ötən ilin sonu, bu ilin əvvəlində isə Türkiyənin İstanbul Memorial Xəstəxanasında uzun müddət müalicə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə