Akademik Milli Dram Teatrı Özbəkistanda keçirilən beynəlxalq teatr festivalında iştirak edib - FOTO
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı "Teatr.UZ" İkinci Beynəlxalq Teatr Festivalından qayıdıb. Festival Özbəkistanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunub. "Mədəniyyət və İncəsənət Forumu" Fondu (Fond Forum), "Özbəkteatr" Yaradıcılıq-İstehsalat Birliyi və Özbəkistanın Gənclər Teatrı tərəfindən təşkil olunan festivalda yerli kollektivlərlə yanaşı, Almaniya, Böyük Britaniya, İsrail, Ukrayna, Tacikistan kimi ölkələrin müxtəlif teatr kollektivləri də iştirak edib.
Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, festivala fransız yazarı Jan Koktonun "İnsan səsi" pyesi əsasında hazırlanan tamaşa ilə qatılıb. Tamaşanın quruluşçu rejissoru İlham Elxanoğlu, quruluşçu rəssamı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Səbuhi Məmmədov, rejissor assistenti Rəfiqə Musayevadır. Tamaşa Sahib Novruzovun tərcüməsi əsasında hazırlanıb. Janrı iki hissəli melodrama" kimi təyin olunmuş tamaşada rolları xalq artisti Bəsti Cəfərova və əməkdar artist Elşən Cəbrayılov ifa ediblər.Tamaşadan öncə teatrın foyesində Azərbaycanın milli dekorativ-tətbiqi sənətini və ölkəmizin müasir həyatını əks etdirən rəngarəng sərgi təşkil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB