“Şəhər (Rayon) Mədəniyyət Mərkəzlərinin yaradılması“ pilot layihəsinin icrasına başlanılıb
Azərbaycanda "Şəhər (Rayon) Mədəniyyət Mərkəzlərinin yaradılması" pilot layihəsinin icrasına başlanılıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, layihənin həyata keçirilməsində məqsəd qədim və zəngin Azərbaycanın qeyri-maddi mədəni irsinin müasir standartlara cavab verə biləcək formada qorunması, bərpası və istifadəsinin təşkili, o Azərbaycan qeyri-maddi mədəni irs sahəsinin (diyarşünaslıq, folklor və sənətkarlıq) dəstəklənməsinin təminat mexanizmlərinin monitorinqi zamanı qeyri-maddi mədəni irs sahəsi üzrə bu vaxta qədər mövcud olan Azərbaycan Respublikasının qanunları, müvafiq normativ-hüquqi sənədlər, beynəlxalq konvensiyalar, dövlət büdcəsindən sahənin inkişafına ayrılmış maliyyə vəsaitləri, təşkil olunmuş və iştirak edilmiş milli və beynəlxalq konfrans, sərgi, seminar və s. tədbirlər, nəşr edilmiş kitablar və çəkilmiş filmlər, mədəniyyət evləri, klub, park və müvafiq mərkəzlər şəbəkəsində aparılan işlər və s. barədə toplanmış məlumatlar əsasında sahənin mövcud vəziyyəti təhlil edilib.
Pilot layihədə Lənkəran şəhərində və İsmayıllı rayonunda Mədəniyyət və Turizm Nazirliyinin sisteminə daxil olan klub müəssisələrinin ilk müasir Mədəniyyət Mərkəzlərinin yaradılması nəzərdə tutulur.
Müvafiq klub müəssisələrinin bazasında yerləşəcək və müasir avadanlıqlarla təchiz ediləcək Mədəniyyət Mərkəzləri yerli ziyalıları və mədəniyyət xadimlərini cəlb edərək müvafiq şəhər və rayon mədəniyyət və turizm şöbələrinin fəaliyyətinə dəstək olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB