Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı mövsümünü açıb

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı mövsümünü açıb
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 84-cü mövsümünü "Məhv olmuş gündəliklər" tamaşası ilə açıb. SİA-nın məlumatına görə, tamaşa xalq yazıçısı İlyas Əfəndiyevin \"Məhv olmuş gündəliklər" pyesi əsasında hazırlıb.


İlk premyerası olan bu tamaşanın quruluşçu rejissoru xalq Artisti Vaqif Əsədovdur. Tamaşanın tərtibatı da rejissorun özünə məxsusdur. Səhnə əsərinin musiqi tərtibatçısı Mixail Simanovski, rejissor assistentləri isə Sona Mustafayeva və Elnur Kərimovdur. Rəqslərin quruluşunu Nicat Kazımov verib.


Yeni səhnə əsərində əsas rolları Əməkdar Artist Şövqi Hüseynov, aktyorlar Şəfəq Əliyeva, Nəsibə Eldarova, Rasim Cəfərov, Elnur Kərimov, Nicat Kazımov, Elşən Rüstəmov və başqaları ifa ediblər.


İkihissəli psixoloji dram tərtibatı, yeni quruluş və aktyor ifaları ilə diqqəti cəlb edib. Tamaşa saf məhəbbətin qurbanı olan gənc qızın həyatından və onunla bərabər öz istəklərinə qovuşmayan, taledən uzaq qaça bilməyən insanlardan bəhs edir.

Tamaşada səslənən bütün musiqiləri aktyorların özləri canlı şəkildə ifa ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə