Azərbaycan Türkiyənin Antalya şəhərində keçiriləcək 48-ci "Altın Portakal" kinofestivalının xüsusi qonağı olacaq. SİA-nın Türkiyənin sondakika.com saytına istinadən verdiyi məlumata görə, Azərbaycan sözügedən festivalda 5 filmlə təmsil olunacaq.
Türkiyənin Antalya şəhərində keçiriləcək 48-ci "Altın Portakal" kinofestivalının "Avrasiya filmləri" bölməsinin bu dəfəki qonağı Azərbaycan olacaq.
Məlumata görə, Azərbaycan artıq festivalda nümayiş olunacaq 5 filmi seçib:
1. "Bir cənub şəhərində"
2. "Buta"
3. "Niyyət"
4. "İlahi məxluq"
5. "Sahə"
Qeyd olunur ki, kinofestivalda bu filmlərin yaradıcı heyəti ilə görüşlərin təşkili də nəzərdə tutulur.
Bununla yanaşı, tanınmış rejissor Rüstəm İbrahimbəyov da 48-ci dəfədir keçirilən kino festivalında xüsusi mükafata layiq görüləcək
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB