Almaniya \"Eurovison\" təmsilçisini seçir

Almaniya \"Eurovison\" təmsilçisini seçir
Gələn il paytaxt Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsində iştirak edən Almaniya təmsilçisinin seçiminə başlayıb. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bu məqsədlə sentyabrın 29-da Köln şəhərində "The Unser Star für Baku" seçim turunun ilk mərhələsi keçiriləcək.


İştirakçılar ərizə ilə müraciət etməklə seçim turuna qatıla biləcəklər. Almaniyanın milli seçim prosesi \"Brainpool\" şirkətinin təşkilatçılığı ilə keçirilir. Münsiflər heyətinə Almaniyanın ən məşhur estrada artistlərindən olan Dürr Tomas rəhbərlik edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə