Elizabet Taylorun qızıl-zinət əşyaları hərraca çıxarılacaq- FOTOSESSİYA

Elizabet Taylorun qızıl-zinət əşyaları hərraca çıxarılacaq- FOTOSESSİYA

Məşhur aktrisa Elizabet Taylora aid olan zinət əşyaları toplusu "Christie\'s" hərrac evi tərəfindən satışa qoyulacaq. SİA-nın xarici mətbuata istinadən xəbərinə görə, dekabr ayının 13-dən 16-nadək davam edəcək hərrac Nyu-Yorkda keçiriləck. Nümayiş olunacaq kolleksiyanın ilkin dəyəri təqribən 30 milyonu əhatə edəcək. Dekabr ayının 13-də "Christie\'s" qalereyasında nümayiş olunacaq 80 sayda xüsusi seçilmiş qızıl-zinət əşyaları arasında 33 karatlıq almaz üzüyün daha çox diqqət cəlb edəcəyi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə