Bakıda “Eurovision” hazırlığına kadrların cəlb edilməsi prinsipləri açıqlanıb

Bakıda “Eurovision” hazırlığına kadrların cəlb edilməsi prinsipləri açıqlanıb

SİA-nın məlumatına görə, "Eurovision" mahnı müsabiqəsinə hazırlıq üçün könüllülər və digər işçi heyəti işə mərhələlərlə cəlb olunacaq. Ümumi layihəyə könüllülər, sürücülər, texniki heyət, xarici ekspertlər, televiziya heyəti, səhnədə çıxış edəcək şəxslərə xidmət edənlər və sair personaldan ibarət minlərlə şəxs cəlb olunacaq.

Hzırda İctimai Televiziyanın heyəti, Avropa Yayımları Birliyindən bu işləri əlaqələndirən şəxslər cari məsələlərin həlli ilə məşğuldurlar. Həmçinin ölkədəki ümumi hazırlıqla bağlı səfərbər olunan təşkilatların cavabdeh şəxsləri işə cəlb ediliblər. Hazırda isə könüllülərin də cəlb edilməsi ilə bağlı bir sıra işlər görülür.

Qeyd edək ki, istər Avropa Yayımları Birliyi, istər İTV tərəfindən bütün mərhələlərlə bağlı ictimaiyyətə geniş məlumatlar veriləcəyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə