Azərbaycanın muğam üçlüyü Yunanıstanda keçiriləcək festivalda iştirak edəcək
Avqustun 8-dən 13-dək Yunanıstanın Heraklion şəhərində keçiriləcək festivalda Azərbaycanın instrumental muğam üçlüyü - Rüfət Həsənov (tar), İmamyar Həsənov (kamança) Malik Təbrizli (nağara) iştirak edəcək.
SİA-nın məlumatına görə, "World Labyrinth" festivalında muğam üçlüyü "Rast", "Cahargah", "Bayatı-Şiraz", "Şüştər", "Şur" muğamları, eləcə də milli rəqslərimizdən ibarət kompozisiya nümayiş edəcək.
ABŞ, Böyük Britaniya, Braziliya, Pakistan, Bolqarıstan, Çexiya və digər ölkələrin musiqiçilərinin qatılacaqları festivalda Azərbaycanın muğam üçlüyü əcnəbi tamaşaçılara bir-birindən gözəl ifalar təqdim edəcək.
Qeyd edək ki, instrumental muğam üçlüyü bundan əvvəl ABŞ-ın Vaşinqton, Hyuston və Türkiyənin İstanbul şəhərlərində də uğurlu konsert proqramları ilə çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə