Opra Uinfri Amerika Kino Akademiyasının fəxri mükafatını alacaq

Opra Uinfri Amerika Kino Akademiyasının fəxri mükafatını alacaq

Teleaparıcı Opra Uinfri, aktyor Jeyms Erl Cons və Qrinki Dik Smit fəxri "Oskar" mükafatı alacaqlar. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Opra Uinfri Cin Herşolt adına mükafatın da laureatı olub. Bundan öncə həmin mükafatı Frank Sinatra, Odri Hepperin, Elizabet Teylor, Pol Nyuman və digər tanınmış mədəniyyət xadimləri alıblar. Cin Herşolt mükafatı humanitar fəaliyyətə görə verilir.

Cons və Smit isə fəxri mükafatla kino sənətinin inkişafına verdikləri töhvələrə görə təltif ediliblər. Ceyms Eri Cons karyerası boyu 50 filmə çəkilib. Dik Smit isə "Xaç atası","Taksi sürücüsü", "Şeytan qovan" və "Skanner" kimi filmlərdə rol alıb. Bundan başqa o, Miloş Formanın "Amadey" filminin aktyorlarını qrimləyib. Bu işə görə 1985-ci ildə "Oskar" mükafatı alıb.

Uinfri, Cons və Smit fəxri "Oskar" mükafatını noyabrın 12-də Los-Ancelesdə keçiriləcək mərasimdə alacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə