Qəbələ III Beynəlxalq Musiqi Festivalında kamera musiqisi və “Terem-kvartet”inin konserti olub

Qəbələ III Beynəlxalq Musiqi Festivalında kamera musiqisi və “Terem-kvartet”inin konserti olub
Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ III Beynəlxalq Musiqi Festivalında Rusiyanın Sankt-Peterburq şəhərinin "Terem-kvartet"inin üzvləri Andrey Konstantinov (kiçik dorma), Aleksey Barşev (domra alt), Andrey Smirnov (bayan), Mixail Dzyudze (balalayka-kantrabas) maraqlı konsert proqramı ilə çıxış ediblər.


SİA-nın məlumatına görə, "Qafqaz Resorte" hotelinin qarşısındakı parkda açıq səma altında keçirilən konsertdə bəstəkar İ.S.Baxın "Rus əzabları", "Zarafat", "Prelüd tarantella", N.Rimski-Korsakovun "Şahzadə qu-quşu", F.Şubertin "Yol", P.Çaykovskinin "Fantaziya nömrə 3", R.Şedrinin "Albenise bənzətmə", P.Dattanın "Ayroplan", A. Pyazzolanın "Libertanqo", "Ədəbi məhəbbət" musiqi əsərləri və B. Markosovun, Y. Frenklinin "Ələ keçməz qisasçılar", "Rusiya imperiyasının tacı və ya yeni qisasçılar" filmlərindən fraqmentlər səsləndirib.


Hotelin kamera musiqisi zalında keçirilən konsertdə isə S.Raxmaninovun "Oxuma, gözəl" və "Mən səni gözləyirəm", L.Delebin "Kadiks qızları" , E.Dell Akuanın "Vilanelli", D. Vulfun "İris", A.Darqomijskinin "Sürünən", "Titulyar müşavir", "Dəyirmançı", F. Şopenin və E. Feuermannın "İntreduksiya və polonez", F.Tostinin "Sonuncu mahnı" əsərləri ifa olunub.


Konsertdə dünya şöhrətli musiqiçi Yuri Başmet violada, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, Qəbələ III Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri Fərhad Bədəlbəyli pianoda, festivalın bədii rəhbəri Dmitri Yablonski violonceldə, pianoçuların II beynəlxalq müsabiqəsinin münsiflər heyətinin rəhbəri, amerikalı pianoçu, BMT yanında Beynəlxalq İncəsənət Akademiyasının fəxri akademiki, ABŞ-dakı Culiard Musiqi Akademiyasının professoru Oksana Yablonskaya pianoda, almaniyalı Mattias Samuil pianoda, rusiyalı Alyona Bayeva violində yaddaqalan ifa nümayiş etdiriblər.


İtaliyanın məşhur tenoru Massimiliano Pisapia, Alman Dövlət Operasının solisti Anna Samuil, Rusiyanın məşhur vokalçısı Sergey Leyferkusun ifası tamaşaçıların alqışları ilə müşayiət edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня