Milli Mətbuatın 136-cı ildönümü münasibəti ilə Park Bulvarda tədbir keçirilib
Bu gün Milli Mətbuatın 136-cı ildönümü münasibəti ilə Park Bulvar AVM-də maraqlı tədbir keçirilib. SİA-nın məlumatına görə, jurnalistlər əvvəlcə boulinq turnirdə güclərini sınayıb, sonra isə baş rollarını tanınmış aktyor Tom Henskin və aktrisa Culiya Robertsin canlandırdığı "Lari Kraun" filminə baxıblar.
5 nəfər yazılı KİV-in, 5 nəfər isə elektron medianın təmsilçiləri komanda halında yarışıblar. Birinci yerin qalibi "VanLaack" , ikinciyə "Segue" üçüncü yerin qalibinə isə "Debenhams" mağazalarından hədiyyələr verilib.
Filmin nümayişi isə hər zaman iş başında olan qələm əhlinə xoş anlar yaşadıb. "Park Cinema" da 50-yə yaxın jurnalist bayramlarını bu gün nümayişə çıxarılan "Lari Kraun" filminə baxmaqla daha da maraqlı ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB