Qubada “Mütaliə həftəsi” keçirilir- FOTO

Qubada “Mütaliə həftəsi” keçirilir- FOTO
Azərbaycan kitabxanaları arasında ilk dəfə olaraq, Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) təşəbbüsü ilə şəhərin mərkəzi meydanında "Mütaliə həftəsi" adlı aksiyası keçirilir. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, aksiyanın həftənin sonunadək davam etdirilməsi nəzərdə tutulub. Aksiyanın keçirilməsində məqsəd oxucuların kitaba və kitabxanaya olan marağını artırmaq, mütaliəni təbliğ etməkdir.


Tədbirdə təşkil olunan Mütaliə stolunda oxucular üçün mütaliə imkanı yaradılıb və oxucular burada yeni kitablarla, habelə gündəlik dərc olunan qəzetlərlə tanış ola bilərlər. Aksiyada "Yeni oxucuların qeydiyyat stolunda" oxuculara kitabxanaya üzv olmaq imkanı da yaradılıb. Mütaliə həftəsində rayon MKS-nə yeni daxil olmuş və oxucuların böyük marağına səbəb olacaq kitablar nümayiş etdirilir.


Mütaliə həftəsində 1000-ə yaxın latın qrafikalı Azərbaycan ədəbiyyatı, 20 adda qəzet, jurnal və xeyli sayda müxtəlif dillərdə çap məhsulları oxuculara təqdim edilir. "Mütaliə həftəsi" aksiyasında qubalı yazarlar öz oxucuları ilə görüşüb, yeni kitabları, habelə yaradıcılıq planları haqqında məlumat veriblər.


Tədbirdə Sumqayıt şəhər, Qusar, Ağdaş rayon MKS-lərinin direktorları, kitabxana mütəxəssisləri, habelə rayon ziyalıları, yeniyetmə və gəncləri iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня