Süleyman Ələsgərov və Şıxəli Qurbanovun “Milyonçunun dilənçi oğlu” operettasının DVD diski işıq üzü görüb – FOTO

"R&D" Yaradıcı İstehsalat Birliyinin dəstəyi ilə Azərbaycanın ən gənc Koroğlusu Ramil Qasımovun iştirakı ilə Süleyman Ələsgərov və Şıxəli Qurbanovun "Milyonçunun dilənçi oğlu" operettasının DVD diski işıq üzü görüb. Bu barədə SİA-ya Ramil Qasımovun mətbuat katibliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının şah əsərlərindən sayılan bu operettanın DVD diskini çıxarmaqda məqsədi tamaşanın dünyasını dəyişən müəlliflərinə hörmət əlaməti və əsərin gözəl musiqisini və liberettosunu bu günkü nəslə təbliğ etməkdir.

Tamaşada, baş rolların ifaçıları Ramil Qasımov, respublikanın əməkdar artisti Ramiz Məmmədov, solistlər - Nərgiz Kərimova, Ələkbər Əliyev, Nadir Xasıyev, Gülcahan Salamova, Cültac Həsənova və başqaları iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə