“Vətəni tanı” Ümumrespublika Kampaniyasının növbəti seçim turu Zaqatalada keçirilib - FOTOSESSIYA
Rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Torpaq Xəritəçəkmə Komitəsi dəstək verdiyi "Vətəni tanı" Ümumrespublika Kampaniyası bu dəfə Zaqatala gənclərini bir araya gətirdi. Əsas məqsədlərindən biri olan cəmiyyətin aktiv təbəqəsi hesab edilən gənclərdə ölkəmizin ərazi bütövlüyü məsələsinə aşkar dəstəyin bir daha nümayiş etdirilməsi olan Kampaniyada zaqatalalı gənclər də aktiv iştirak etdilər.
Kampaniyanı həyata keçirən işçi qrupunun rəhbəri, Milli Şuranın idarə heyətinin üzvü Heydər Atayevin SİA-ya bildirdiyinə görə Zaqatalada 150-dən çox gənc sınaqlarda iştirak edib: "Seçim turu uğurla yekunlaşdı. İki nəfər qalibi müəyyən edə bildik. Onlar Respublika turunda rayonu təmsil edəcəklər."
Qeyd edək ki, Kampaniyaya "AVA" Skandinaviya klinikası, FİXED Borders dəstək verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB