Mədəniyyət və Turizm Nazirliyi ölkə vətəndaşlarına xəbərdarlıq edib

Mədəniyyət və Turizm Nazirliyi ölkə vətəndaşlarına xəbərdarlıq edib

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ölkə vətəndaşlarına xəbərdarlıq edib. SİA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi "Turizm haqqında" qanunun 9-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq, turizm məhsulunun satışı zamanı ikitərəfli müqavilənin imzalanmasını tələb etməyi tövsiyə edir.

Eyni zamanda xarici ölkələrə turist səfərləri planlaşdıran vətəndaşların xidmətlərindən istifadə edəcəyi turizm şirkətlərinin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilmiş xüsusi razılığının (lisenziya) olması barədə məlumatlı olması lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə