COP29 çox yaxşı təşkil olunub, təhlükəsizdir. İsrail şirkətləri üçün bu tədbir vacibdir. Tədbirə çoxlu adam gəlir. Şəhər gözəldir, buraya gəlməkdən çox məmnunuq.
SİA xəbər verir ki, bunu COP29-da iştirak etmək üçün İsraildən ölkəmizə gəlmiş Oron Bet Or deyib. “Biz toxumların artırılması və aqrotexniki qulluğu ilə məşğul olan şirkətik. Toxumları götürüb artırırıq, yaş məhlulla müalicə edirik. İqlim konfransında İsrailin qabaqcıl texnologiyasının iqlim dəyişikliyi dünyasına gətirə biləcəyi uyğunlaşma həlləri haqqında danışdıq”, - deyə o qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə