Beş-altı günün söhbətidi. Azərbaycan cəmiyyətində kifayət qədər tanınmış görkəmli alimlərimizdən biri ilə söhbət edirdik. Mövzu bu gün ölkədəki ictimai-siyasi durumu əhatə edirdi. Çox mətləblərə toxunduq. Söhbətimiz səmimi gedirdi və hansısa maraqlar baxımından deyil, ölkənin indiki durumuna vətəndaş mövqeyindən münasibət bildirirdik. Heç bir siyasi təşkilatın üzvü olmayan, Azərbaycan elminin inkişafı naminə həyatını şam kimi əridən bu insanın dediklərindən çox şeylər mənimsədim. Amma söhbətimizin sonuna yaxın səsləndirdiyi bir fikir məni hələ də düşündürür. Bu, bəlkə də hamımızın bildiyimiz tarixi həqiqətdir, sadəcə, bəzən bu faktın fərqinə varmırıq və hər kəsi Azərbaycan türkü hesab edib, onlardan da sürətlə inkişaf edən Azərbaycana, məhz bu mövqedən yanaşmasını gözləyirik.

Ancaq həmsöhbətimin dediyi kimi, tarix boyu bu məmləkətə göz dikən yunanlar da, ərəblər də, farslar da, nəhayət, ruslar və onların əl buyruqçusu olan ermənilər də təkcə torpaqlarımızı, sərhədlərimizi, mənəvi dəyərlərimizi deyil, qanımızı da dəyişməyə çalışıblar və nə yazıqlar ki, qismən də olsa, bu istəklərinə nail olublar. Bu Vətənin övladı olub, bu Vətənin indiki inkişafına, dünyada söz sahibinə çevrilməsinə, regionun lider dövləti kimi status almasına damarlarında yalnız yuxarıda sadaladığım millətlərin qanını gəzdirənlər sevinməyə, bu inkişafa mane olmağa çalışa bilər. Kimlərsə yenə ağız büzəcək, amma bu həqiqəti görməyə, onun günümüzdəki zərəini anlamağa o qədər də böyük vaxt və əmək sərf etməyə ehtiyac yoxdur. Bizim bəzi siyasilərimizin fəaliyyətini izləmək kifayətdir ki, ədalətli adamlar mənimlə razılaşsın. Heç kim iddia edə bilməz ki, bu gün Azərbaycan dövlətinin idarəçiliyində hansısa problemlər yoxdur. Bəyəm, dünyanın ən inkişaf etmiş ölkələrində problemlər yoxdurmu? ABŞ-da, Böyük Btitaniyada, Çində, Fransada, Yaponiyada və s. olan problemlərdən də xəbərdarıq. Ölkə daxilində müxalif siyasi qüvvələr bu problemləri görür, tənqid edir, onun aradan qaldırılması üçün təkliflərini də verir. Bizdə isə, əslində, faktiki mövcud olan problemlərdən yan keçib, yalnız ölkı başçısı və onun komandasının ünvanına şər, böhtan, bəzən hətta təhqir yağdıranların damarında Azərbaycan türkünün qanının axdığına şübhə etməyə dəyər.

Əli Kərimli deyilən bir dördayaqlı məxluq, az qala, özünü milli xilaskar kimi gözlərə elə dürtməyə çalışır ki, adam onun keçmişini öyrənəndə, istəyir cəmdəyinə ...sün ki, ay gədə, bəsdir də, erməni dostlarından aldığın pullarla bu millətə vurduğun ziyanlar! İndi nə istəyirsən? Bəlkə bu millət yoğurulmuş, hazır kökəni verməlidir sənə ki, yeyib üstündən də su içib, ağalarına mesaj verəsən ki, dediklərinizi canla-başla yerinə yetirdim? Yox, bu millətin damarlarında nə qədər yunan, ərəb, fars, rus qanı axsa da, təmizqanlılar daha çoxdur və sənin kimilərinin dabbaqda gönünə bələd olduqlarından, o kökəni sənə verməyəcəklər. Yaxud Vidadi İskəndərov deyilən, qeyrətdən, namusdan dəm vurub. Qeyrətin nə olduğunu anlamayanların söyüş bazarındakı siyasət dəllallarının sosial şəbəkələrdəki xoruz banlaşmasını izlədikcə, onların da bizim qanımızı daşımadığına əmin olursan. Hansı Azərbayca türkü indiki vəziyyətdə deyər ki, mən Azərbaycana qayıdanda, erməni ilə yox, hakimiyyətlə vuruşacağam? Ban xoruz oturub ingilsstanda - Londondan quqquldayır, vidadikimilər də hərəsi dünyanın bir tərəfindən onun səsinə səs verirlər. Qazanda bişənin nə olduğunu bilməsələr də, bir pay da ona verilməsini istəyən Rəhim Qazıyev, Pənah Hüseyn, İskəndər Həmidov kimi keçmişi iyrənc qoxulu nəsnələr də, oturub onlara züy tutmaqla məşğuldular.

Rusiyada çeçenlərlə azərbaycanlıların arasına girib, iki dost xalqı düşmən eləməyə çalışan ermənini, azərbaycanlı adlanan birisi müdafiə edib (Təəssüf ki, erməniqanlı o kəsin adını öyrənə bilmədim, sadəcə, deyilənə görə, arvadı ermənidir və ermənilərlə daim bir yerdədir, amma özünü Azərbaycan diasporasının aparıcı siması kimi təqdim edir), onun dəyirmanına su axıdırsa, deməli, onun da damarında axan qanda qarışıqlıq var. Bir sözlə, belə buqələmunların sayını artırmaq da olar. Amma istədim oxucu mənimlə razılaşsın ki, azərbaycanlı hesab etdiyimiz elə həmvətənlərimiz var ki, damarlarında axan qana asanlıqla boyun əyir və millətin zərərinə nəyə desən getməyə hazırdırlar. Mənə elə gəlir ki, belələri daha təhlükəlidir, nəinki məlum düşmənlərimiz. Çünki onların içində VƏTƏN daşı yoxdur. Böyük şairimiz Bəxtiyar Vahabzadənin dediyi kimi, "Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı!" Tanrı xalqımızı VƏTƏN daşı olmayan vətəndaşlardan qorusun. AMİN deyən ağızlar var olsun.

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə