Leyla Yunus və Emin Hüseyinlinin qrant selləri haradan axır?

Hər iki xəyanətkar fərdin dövlətçilik və millətçilik əleyhinə çıxışları onların Qərb muzdlusu olduqlarını kifayət qədər sübuta yetirir

Qısa arayış - Qeyri-hökumət təşkilatları (QHT) vətəndaşların birgə məqsəd üçün könüllü olaraq birləşib yaratdıqları birlikdir. Bu təşkilatlar ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və ya hüquqi şəxsin təşəbbüsü ilə yaradılır, könüllülük əsasında qurulur, fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmur və əldə etdiyi gəliri öz üzvləri arasında bölmür.

Azərbaycanın "Qeyri-hökumət təşkilatı" haqqında qanununa görə, bu təşkilatlar ölkə Konstitusiyası və qanunları ilə qadağan olunmamış məqsədlər üçün yaradıla və fəaliyyət göstərə bilər.

QHT Azərbaycanda prezident, Milli Məclis və bələdiyyə seçkilərində iştirak edə, siyasi partiyalara maliyyə və başqa maddi yardım göstərə bilməz.

Xarici hüquqi şəxslər Azərbaycandakı seçkiləri yalnız yerli qeyri-hökumət təşkilatları ilə birlikdə iştirak edə bilərlər…

Göründüyü kimi, QHT-lərin demokratik cəmiyyətdə normal fəaliyyət göstərmələri üçün ölkədə münbit və kifayət qədər imkan verə biləcək şərait yaradılıb. Ancaq bütün bu kimi amillərə baxmayaraq, Azərbaycanda fəaliyyət göstərən elə QHT-lər də mövcuddur ki, onların fəaliyyətləri nəinki şəffaf, eləcə də qanunazidd şəkildə "tənzimlənir". Lakin bu "tənzimlənmələr" ölkə daxilindən deyil, məhz xarici siyasi dairələrdən müəyyənləşdirilir. Bu gün Azərbaycanda dağıdıcılıq və aşırı radikalizm metodunu hakimiyyətə gələ bilmək üçün ən "ideal" vasitə kimi görən müxalifət partiyaları bilavasitə belə QHT-lərlə sıx təmaslarda olur, xarici dairələrin təlimatlarını birgə bölüşməklə arzularını reallaşdırmağa cəhd göstərirlər. Təbii ki, bu kimi QHT-lərin arxalandıqları bir sıra xarici, beynəlxalq təşkilatlar mövcuddur və həmin təşkilatlar Azərbaycandakı siyasi maraqlarını təmin etməkdən ötrü məhz belə qeyri-hökumət təşkilatlarının "xidmətlərindən" yararlanırlar. Azərbaycan qanunua zidd olan belə davranışların qarşısı alınan kimi məhz həmin beynəlxalq təşklatlar mediaya çıxaraq guya Azərbaycanda demokratiyanın əzildiyini, söz və mətbuat azadlığının pozulduğunu bar-bar bağırırlar. Amma gəlin görək, onların belə bağırtılı iddiaları hansı əsaslara, hansı dəlil və sübutlara söykənir?

Bu gün ölkədə daha çox xarici beynəlxalq təşkilatlarla işləyən QHT-lərdən "Sülh və Demokratiya İnstitutu", və Reportyorların Azadlığı Təşkilatı (RATİ)-dır desək yanılmarıq. Bunu yaxın tarix də sübut edir. Məsələn, cəmiyyət hər iki QHT rəhbərinin – Leyla Yunusun və Emin Hüseynlinin "Eurovision 2012" mahnı yarışması ömcəsi çıxardıqları haray-şüvənləri yəqin ki, unutmayıb. Bakıda çoxsaylı xarici jurnalistlərin iştirakları ilə ard-arda bir neçə mətbuat konfransları təşkil edən, nəticədə "Freedom House", "Human Right Watch" kimi qərəzli təşkilatların hesabatları ilə başa çatan belə "aksiyalar" nədənsə, müsabiqə başa çatar-çatmaz sona yetdi. Bu zaman sual yaranır ki, həmin dövrlərdə guya vətəndaşların hüquqlarının pozulması, mətbuatın boğulması kimi iddialar nəyə görə "Eurovision"-dan sonra da davam etdirilmədi? Ümumiyyətlə, nəyə görə belə "kampaniyalar" davamlı deyil, məhz ölkədə cərəyan edən hər hansı önəmli hadisələr fonunda keçirilir?

Görünən budur ki, L.Yunusun və E.Hüseynlinin məqsədləri heç də problemləri qabartmaqdan irəli gələn məsələ deyil. Bu sadəcə və sadəcə Azərbaycanda siyasi-iqtisadi maraqları olan xarici dövlətlərin təlimatlarına uyğun olan xəyanətkarlıq addımlarıdır. Çünki bu faktorun da kifayət qədər dəlil və sübutları mövcuddur.

Məsələn, qeyd edək ki, ABŞ-ın Demokratiyanın Milli Himayəsi Fondu (NED), German Marşall Fondu, Freedom House təşklatı, eləcə də digər beynəlxalq təşkilatlar ötən müddət ərzində L.Yunusun rəhbəri olduğu "Sülh və Demokratiya İnstitu"na 357 min manat dəyərində qrant ayırıblar.

Yeri gəlmişkən, onu da xatırladaq ki, L.Yunusun təşkilatı ABŞ-da fəaliyyət göstərən və erməni lobbisinin bilavasitə nəzarət etdiyi saytların birində qondarma erməni soyqırımına həsr olunmuş layihədə iştirak edib, hətta bununla bağlı müsahibə də verib. Məhz bu kimi amili nəzərdə saxlamaqla vurğulamaq mümkündür ki, L.Yunus bütövlükdə Azərbaycan xalqına, millətinə və dövlətinə qarşı ermənilərin özlərindən də çox radikal notlara köklənmiş xəyanətkar fərdlərdəndir. Bu gün onu müdafiə edən tərəflər isə "xalq", dövlət", "millət" kimi pafoslu sözlərdən bəhrələnərək hakimiyyətə yiyələnmək istəyən dağıdıcı müxalifət "lideləridir". Bizcə burada başqa şərhə ehtiyac qalmır.

Lakin yuxarıda qeyd etdiyimiz kimi L.Yunus qədər satqın QHT rəhbərlərindən biri də RATİ rəhbəri E.Hüseynlidir. Məlumat üçün vurğuayaq ki, E.Hüseynli ötən müddət ərzində L.Yunusdan bir qədər artıq- 1 milyon 41 min manat dəyərində qrant əldə etmişdir. Bu qrantları RATİ-yə ABŞ-ın NED, İREX təşkilatı, Knadanın Türkiyə Respublikasındakı səfrliyi, Böyük Britaniyanın ARTİCLE 19 təşkilatı, ATƏT-in Bakı ofisi, eləcə də Almaniyanın beynəlxalq Mediaya Dəstək Fondu ayırmışdır.

Ancaq görünən budur ki, RATİ-nin rəhbəri E.Hüseynli də L.Yunus kimi fəaliyyətində heç bir şəffaflıq göstərmədən, hesabatlar təqdim etmədən Azərbaycanda xarici fond və təşkilatların mənafelərini təmin edir. Söz yox ki, bu mövcudluq da bilavasitə ölkədə QHT-lərlə bağlı qəbul olunmuş müddəaların kobud şəkildə pozulması anlamını daşıyır.

Ancaq göründüyü kimi, Azərbaycanda demokratiyanın, söz azadlığının pozulması istiqamətində hakimiyyət tərəfindən heç bir addımlar atılmayıb. Əksinə, bu gün müxalifət mediası istənilən tənqidi, hətta radikal yazıları ilə gündəlik işıq üzü görür, müəyyən dövlət qurumları müxalifətin mitinq keçirmək istəklərini qanunamüvafiq şəkildə müəyyənləşdirir.

Təhlillər isə göstərir ki, həmin layihələrin bir çoxunun Azərbaycanda həyata keçirilməsinə sadəcə ehtiyac yoxdur və ya bu layihələrin çoxunun zəruriliyi üçün Azərbaycan inkişafdan, maariflənmədən geridə qalmış ölkə kimi təqdim edilməlidir. Layihələrin bəzilərinin isə onu həyata keçirəcək QHT-nin təyinatı ilə heç bir əlaqəsi yoxdur. Eyni zamanda o da məlum olur ki, qrant layihələrinin bir çoxunun adı onun xərclənmə istiqamətini, layihənin məzmun və nəticəsini müəyyənləşdirməyə imkan vermir. Nəticədə bu kimi siyasiləşmiş QHT-lər, eləcə də onlarla iş birliyində olan dağıdıcı müxalifət partiyalarının "liderləri" hadisələrə qərəz donu geyindirməklə icazəsiz aksiyalar hazırlayır, yuxarıda adları çəkilən xarici fondların təlimatlarını canla-başla reallaşdırmağa xəhd göstərirlər. Təbii ki, L.Yunusun və E.Hüseynilnin xəyanətkarlıq "himayələri" altında.

Beləliklə, Leyla Yunus və Emin Hüseyinlinin qrant sellərinin haralardan axmaları məlumdur. Çünki hər iki xəyanətkar fərdin dövlətçilik və millətçilik əleyhinə çıxışları onların Qərb muzdlusu olduqlarını kifayət qədər sübuta yetirir.

Bütün xəbərlər Facebook səhifəmizdə