1990-cı iilərin əvvəllərində Azərbaycanda mövcud olan ictimai-siyasi situasiyadan istifadə edən müəyyən qüvvələr özlərinə imic formalaşdırmağa, cəmiyyətin siyasi romantizm əhval-ruhiyyəsindən yararlanaraq mövqe qazanmağa çalışırdılar. Amma cəmiyyət ideoloji və siyasi müstəvidəki dəyişikliklər müstəvisində bu qüvvələrin əsl kimliyini görə bildi və onların real arzuları elə xəyal olaraq da qaldı. İnsanları uydurma yalanlara inandırmağa və öz maraqlarını reallaşdırmağa çalışan qüvvələr cəmiyyətin yekdil mövqeyi qarşısında geri çəkilməli oldular. Dəyişən situasiyalar müstəvisində gerçəklik üzə çıxdı. Sonrakı siyasi reformasiyalar dönəmində isə maraqlar və reallıqlar müstəvisində tamamilə iflasın qaçılmaz olduğunu anlayanlar az zaman kəsiyində yoxa çıxmağı belə bacardılar.
1993-cü ildən sonra dəyişən proseslərin ardıcıllığı, Azərbaycanda yaranan durğunluq, cəmiyyətin inamında və inadında heç də yanlışlığa yol vermədiyini bütün parametrləri üzrə isbat etmiş oldu. Ölkədə xaos və anarxiyanın kökü birdəfəlik kəsildi, silahlı özbaşınalıqlara son qoyuldu. Mütərəqqi cəmiyyət quruculuğu işində ardıcıl konsepsiya işlək vəziyyətə gətirildi. Cəmiyyət daha durğun və ayıq fizianomiya və sağlam təfəkkürlə inkişafın ibtidaisindən, alisinə doğru irəlilədi. Bu gün biz bu konsepsiyanın yaratmış olduğu gerçəkliyin içindəyik və mütərəqqi ideyalara sahib olmuş cəmiyyətdə yaşamaqla yanaşı, dövlətimizin sarsılmaz iqtisadi-siyasi dayaqlarının vermiş olduğu gücü nisbətində dünyada layiq olduğumuz səviyyəyə yüksəlmişik. Amma təəcüb və təəsüflə qeyd etməliyik ki, bu gün 1990-cı illərin əvvəllərində mövcud olmuş qüvvələrin tör-töküntüləri hələ də öz mövcudluqlarını saxlamağa, yenidən siyasi mahiyyət adı altında cəmiyyətə özlərini sırımağa çalışırlar. Nəzərə alsaq ki, onlar daha çox ölkədə keçiriləcək seçki və digər siyasi və ictimai mahiyyət kəsb edən proseslər öncəsi ortaya çıxırlar, o zaman sual yaranır ki, belə qüvvələr hansı qütblərin diqtəsi və göstərişi ilə və nə məqsədlə bu cür mövqe nümayiş etdirirlər?
Birmənalı şəkildə bu qüvvələr konnektur maraqlar naminə cəmiyyətə öz varlıqlarını göstərməyə çalışırlar. Digər bir rakursdan isə onların götürmüş olduqları öhdəliklərdən dolayı bu cür mövqe sərgilədiyi ortaya çıxır. Antiazərbaycan meylli qüvvələrlə əməkdaşlıq müqabilində alınmış vəsaitlər, götürülmüş öhdəliklər müxalifətin mahiyyət və mövqeyindəki təzadları açıq şəkildə göstərir. 1993-cü ildən indiyə kimi qatılmış olduqları bütün seçki proseslərində açıq mübarizədən yayınaraq cəmiyyət tərəfindən yekdilliklə rədd edilən qüvvələr 2013-cü ilin prezident seçkisi öncəsi süni hərəkətə keçmə kompaniyasına başlayıblar. Bir müddət öncə müxalifətdaxili partiyalar arasında qalmaqallar, fiqurlar arasında köhnə ədavətlərin qıcıqlandırılması müqabilində yaradılmış mənzərə diqqətçəkən olmadığından bundan imtina etdilər. Sonradan ətraflarına müəyyən vədlərlə cəlb etdikləri gənclərin adı altında spikulativ addımlar atmağa başladılar. Hətta, Müsavat Partiyasının, AXCP-nin, ADP-nin funksionerləri özlərinə yaxın mətbuat orqanlarında dezinformasiyalar yaymaqla kifayətlənməyərək, müxalifətin yeni "birliyi" yaranır adı altında pərdələnməyə də vaxt tapdılar. Kağız üzərində yaratdıqları "İctimai Palata"nın mürəkkəbi qurumamış, "El" hərəkatı, "kordinasıya şurası" kimi oyuncaq birliklər yaratmaqla nəyə və kimə necə xidmət etməyin konturlarını müəyyənləşdirməkdə çətinlik çəkdikləri ortaya çıxdı. Hətta İsa Qəmbərov 20 ildən sonra müxalifət daxilində mövcud olan partiyaların kimlərin və hansı xarici dövlətlərin əsarətində olduğunu özündə cəsarət taparaq etiraf etdi. Daha sonra isə ümumi düşərgədən yeni birlik formatının anonsu verildi ki, bu "formatda" onlar vahid mövqedən çıxış edə biləcəklər.
Xatırladaq ki, müxalif yetgililəri "İctimai Palata"nı yaradanda iddia edirdilər ki bu quruma müxalifət daxilində alternativ təşkilat yaranmayacaq və bu "birlik" onların ümumi maraqlarının yeganə tərənnümçüsü olacaq. Az müddət sonra bunu əksi göründü və müxalifət "İctimai Palatanı" boyunlarına keçirilmiş buxov adlandırdı. Hətta ADP sədri Sərdar Cəlaloğlu sonradan mətbuata müsahibəsində "İctimia Palatanı" İsa Qəmbərovla, Əli Kərimovun kurasiyasında olan bir qondarma təşkilat kimi qələmə verdi. Bunun ardınca hər seçki öncəsi olduğu kimi bu seçki öncəsi də müxalifət düşərgəsində qeyri-ciddi proseslər müstəvisində "El" adlı qondarma hərəkat üzə çıxdı. Bu uydurma təşkilatın isə bir çox hallarda müxalifətin özünün belə qəbul etmədiyi Eldar Namazov və Rüstəm İbrahimbəyovun adı ilə bağlı olduğu bilindi. Nədənsə, dünənə qədər heç bir halda bu şəxslərin siyasi ritorikalarına belə əhəmiyyət verməyən İ.Qəmbərov və Ə.Kərimov bu gün onların yanında görünür. Başqa bir məqamda isə müxalifətin şeçkiyə bir şəxsin adı ətrafında qatılması məsələsi gündəmə gətirilir və burada onlar heç bir razılığın əldə olunmamasından ayrı-ayrılıqda gileylənirlər. Belə olan halda sual olunur ki, adını "El" hərəkatı qoyduqları qondarma birlikdə müxalifətçilər niyə elliklə təmsil olunmurlar? Əgər doğrudanda onlar bu dərəcədə səmimidirlərsə, bir namizədlik məsələsində razılığa gəlmək 20 ildə bunlar üçün niyə qlobal problemə çevrildi? Hətta İsa Qəmbərov vahid namizəd məsələsinə bir qədər ironik yanaşaraq ""Şaxta baba"nın nə vaxt real olacağı halda, müxalifət bir şəxsin adı ətrafında seçkiyə qatılacaq" demək cəsarətini də özündə tapmış oldu.
Müxalifət düşərgəsindəki proseslərin gedişi bir daha onu göstərdi ki, siyasətə bir oyun qaydaları, konnektur maraqlar müstəvisində baxanlar təzəcə yaratmış olduqları qurum və təşkilatların adından müəyyən dairələrdən ancaq divident qoparmaq iddiasından başqa iddiada deyillər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB