Müxalifət Ştrasserin uğursuzluğundan onun özündən daha çox məyus olub. Söhbət Kristofer Ştrasserin AŞPA-nın növbəti iclasında Azərbaycan əleyhinə etdiyi məruzəsinin qəbul edilməməsindən gedir. Həmişə Azərbaycana qarşı qərəzli çıxışları ilə fərqlənən Ştrasser bu dəfə də mövqeyinə sadiq qaldığını nümayiş etdirmişdi. O, bununla ermənipərəst, xristian təəssübkeşi, Azərbaycanın qənimi olmağa hazır bir fərd olduğunu bir daha təsdiq etmişdi. Kristofer Azərbaycan sözünü eşidəndə, gözlərinin önündə inkişafın yüksək nöqtəsində olan bir ölkə, nefti, qazı, sənaye sahələri, kənd təsərrüfatı, mədəniyyəti yüksələn xətlə zirvələr fəth edən qüdrətli bir dövlət canlanır.
Bu vüsəti, bu qüdrəti, bu tərəqqini pərəstiş etdiyi Ermənistanda görməyən bədxah Kristofer az qalır ki, anakonda kimi qıvrılaraq, Azərbaycanın boğazına dolanıb onu udsun, yer üzündən silsin və bu torpağı ermənilərin məskəninə çevirsin. Ancaq arzulamaq bir şeydir, fikri gerçəkliyə çevirmək başqa şey. Deyirik, qoy bədnam Kristoferin maksimum planı - yəni Azərbaycanın kürəyini yerə vurmaq xülyasını nəzərdə tuturuq - bu, bir yana qalsın. Görək o, heç olmasa, öz dar çərçivəli məruzəsi ilə uğur qazana bilirmi? Faktlar bunun əksini təsdiq edir. Bəs bu faşist təbiətli alman ən çox kimləri sevindirir?
Maraqlısı da budur ki, sevinənlər sapı özümüzdən olan baltalardır. Bu sıraya İsa Qəmbər, Əli Kərimli və onların züytutanları daxildir. Bunların şəxsiyyət vəsiqələrinin milli mənsubiyyət qrafasına azərbaycanlı yazılsa da, bu binəvalar ermənilərin və ermənipərəstlərin dəyirmanlarına su tökməklə məşğuldurlar. Məqsədləri "hərlənin-fırlanan" erməni dəyirmanından bəhrələnməkdir. Düşmənin çörəyini yeyənləri isə xalq qəbul etmir. İ.Qəmbər və Ə.Kərimli kimi liderlərin akkumlyatorlarına enerji verənlər də Leyla və Arif Yunus kimi hüquq-müdafiə müdafiəçiləridir.
Ştrasser AŞPA-nın yığıncağında demişdir ki, Azərbaycanda 85 siyasi məhbus var. O, faktları haradan götürdüyünü açıqlamasa da, uğursuzluğuna göz yaşı tökənlərin kimliyi bu sualın cavabını birmənalı tərzdə təsdiqlədi. Yəni Ştrasserə faktları biz deyənlər verib. Bizdə isə deyənlər yeyənlərdən çoxdur. Baxmayaraq ki, atalarımız yüz yeyənin olsun, bir deyənin olmasın, deyiblər. Ştrasserin yan-yörəsində sülənənlər özlərini Avropa simi üstündə kökləyiblər. Dədə-baba onlar üçün keçmişdə qalıb.
AŞPA-da oturanların çoxu Azərbaycanı Ştrasserdən yaxşı tanıyır. Onlar bu bədnam adamı diqqətlə dinləyib, axırda məruzəsini yekdilliklə qəbul etməyiblər. Ştrasser də suçlu kimi qıpqırmızı pörtüb və cıqqırını da çıxartmayıb. Onun kimi zəhərli inala zəhər verən kərtənkələlər, yəni "bizimkilər" daha çox ağlayıb-sıtqıyıblar. Ancaq AŞPA-da yalançı göz yaşına inanan azdır. Çünki fakt faktlığında qalır. Azərbaycanda siyasi məhbus yoxdur bu və ya digər konkret cinayətdə təqsirli bilinən şəxslər var. Nə olsun ki, onların bəziləri bu və ya digər partiyaların üzvləridir. Qanun hamı üçün birdir və heç kəsin onunhüdudlarını aşıb cinayət törətmək hüququ yoxdur.
İndi dünyada ciddi dəyişikliklər baş verir. Ermənipərəstə də, erməniyə də inananların sayı get-gedə azalmağa başlayır. Ancaq Şitrasser öz mənəvi-ermənipərəst qüvvəsini Andreas Qross və Andres Herkel kimi fanat xələflərindən alıb. Adlarını çəkdiyimiz və çəkmədiyimiz "bizimkilər" də həmişə Andreas, Andres və Kristofer kimi uzunqulaqların palançırpanları rolunu ifa ediblər. Ancaq indiyədək bədnam bossları ilə birgə uğursuzluğa düçar olublar. Bu uğursuzluğu şərtləndirən başlıca amil "bizim donosçuların" faktlara böyüdücü şüşədən baxmalarıdır. Məlumdur ki, böyüdücü şüşədə faktı şişirtmək çox asan olur. Ancaq fakta kənardan baxan ən subyektiv müşahidəçi də səhvlərin qabardıldığını görə bilər. O ki ola obyektiv mütəxəssis müşahidəçilər... Bunlar Ştrasserkimiləri gözlərindən vururlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB