Suriyada buraxılan səhvlər -sərbəst sutun

Suriyanın bu duruma düşməsində hər kəsin - siyasətçilərin, ölkə rəhbərliyinin, bölgə ölkələrinin dərəcə fərqiylə payları var.

Ən böyük məsuliyyət Türkiyə, İran və Səudiyyə Ərəbistanın üzərinə düşür. Hər üç ölkə də onlardan gözlənilən rolu oynaya bilmədilər. Təbii ki, bu, Baas rəhbərliyini və Əsədi birinci dərəcəli günahkar mövqeyinə qoymağa maneçilik törətmir.

Vurğulamağa çalışdığımız səhvləri gələk.

Türkiyə Suriyanın fərqli din, məzhəb və etnik ünsürlərdən ibarət sosial-siyasi strukturunu yanlış dəyərləndirdi. Suriyanın əhalisi ağırlıqlı olaraq sünni ərəb, kürd və türkmənlərdən ibarət olsa da, 25-30 faizi ələvi (nusayri) və xristianlardır. Əsəd rəhbərliyinə qarşı mülki-silahsız nümayişlər başladığında nusayri və xristianlar bəzən narahat oldu, bəzən ümidləndilər. O vaxta qədər ki, körfəz ölkələrinin dəstəyi ilə xalq silahlı mübarizəyə və arxasından ölkə vətəndaş müharibəsi girdabına girdi. Nusayri və xristian əhali isə iqtidarın tərəfinə keçdi. Bundan başqa sünni əhalinin nüfuzlu bir hissəsi Əsədə dəstək verməyə başladı və bu dəstək hələ də davam edir. Halbuki Türkiyə müxalifətə bu iki ünsürə hüquq təməlində və inandırıcı yollarla təminatlar verməyi təlqin etməli idi. Düzdür Türkiyə buna təşəbbüs göstərdi, yalnız körfəz ölkələrinin silahlı təxribatı bu variantı ortadan qaldırdı.

Suriya təkcə Əsəd və rəhbərliyindən ibarət deyil. İllərdir İsrailə qarşı Fələstin iddiasını və Hizbullahı dəstəkləyən bu ölkənin İran, İraq və Livanla möhkəm bağları var. İraq işğalı və Amerikanın çəkilməsindən sonra bölgədə bu ölkələr arasında bir ittifaq yarandı. İranın Suriya ilə imzaladığı birgə strateji müdafiə əməkdaşlığı diqqətə alınmalı idi. Çünki İranın müttəfiqini ən azından öz məqsədləri naminə təkbaşına buraxmasını gözləmək sadəlövhlük olardı. İraq da əlbəttə İranla birlikdə hərəkət edəcəkdi. Livanda isə Hizbullah olduqca böyük nüfuza sahibdir və bu nəzərə alınaraq Livanın Suriyada müxaliflərin yanında yer alması ağlabatan deyil.

Türkiyə Səudiyyə Ərəbistanı və Qətərlə birlikdə hərəkət edib vətəndaş müharibəsinə izdivac verincə, İran, İraq və Livanı da qarşısında gördü. Türkiyə mülki-silahsız müxalifətin qoruyucusu mövqeyində qalıb, körfəz ölkələri ilə arasına məsafə qoysaydı həm müxalifət, həm rəhbərlik və həm bölgə ölkələri ilə dialoqunu davam etdirər, yenicə səhnəyə girən Misirlə hər iki tərəfin xarici dəstəkçilərini küncə sıxışdıra bilərdi. Gəlinən nöqtədə görünən gərçək budur ki, Suriyada bu üç aktyor (İran, İraq, Livan) faktorunu nəzərə alsaq bir dəyişiklik edilə bilməz, olsa da vətəndaş müharibəsi davam edər, hətta regional müharibə baş verə bilər.

Qlobal səviyyədə tam olmasa da soyuq müharibə yaşanır. Bir tərəfdə ABŞ və Avropa, digər tərəfdə Rusiya və Çin iki qütbdə toplanır. Suriya yeni qütbləşmənin özünü test etdiyi kritik ərazidir. Rusiya və Çin heç bir şəkildə Əsəddən sonrakı Suriyanın tamamilə ABŞ, Anglo-sakson və İsrail düşərgəsinə keçməsinə razılaşmayacaqlarını açıqca ortaya qoydular. Bu, üçüncü dünya müharibəsinə səbəb olsa belə. Türkiyə bu qlobal yeni düşərgələşmənin vara biləcəyi təhlükəli ölçüləri hesaba qatmalı idi. Doğru hesab edilmədiyi kimi, Ankara və Vaşinqton arasındakı razılığa əsasən Türkiyə ərazisində NATO-nun raket əleyhinə müdafiə radarının yerləşdirilməsi Rusiyanı daha aktiv və qərarlı bir şəkildə Suriyaya cəlb etmiş oldu. Türkiyə radar sistemi ilə həm öz başına, həm bölgədəki ölkələrin başına yeni problemlər yaratdı.

Suriyanın əhəmiyyətli bəşəri ünsürlərindən biri də kürdlərdir. Kürdlər hər zaman İraq Kürdüstanı və PKK ilə ünsiyyətdədirlər və özlərini daim ayrı tuturlar, Şimali Suriyada sıx məskunlaşdıqları bölgədə muxtariyyət almağa çalışırlar. Şimalda neytral bir bölgə yaradılması hər vəziyyətdə kürdlərin işinə yarayacaq. Bu mərhələdən sonra – Əsəd getsin və ya qalsın kürdlər köhnə statusları ilə razılaşmayacaqlar. Türkiyə daxildə PKK, bölgədə Şimali İraq probleminə çözüm tapmadığı bir vaxtda "Şimal Suriya Kürdüstanı" faktı ilə qarşılaşıb.

Əsədin bir neçə həftəyə gedəcəyi düşünülürdü, amma 19 ay keçdi, nə vaxt devriləcəyi isə məlum deyil. Türkiyə düşdüyü dənizdə Baasın ən güclü və nüfuzlu adamı, vitse-prezidenti Faruk Şaranın ipinə sarılmaq nöqtəsinə gəlib ki, bu, Suriya müxalifəti baxımından şəkərsiz kökə axtaran diabetli xəstəyə üzəri dondurmalı tort təklif etmək kimi bir şeydir.

Bütün xəbərlər Facebook səhifəmizdə