Səməd Vurğunun 1941-1945-ci illər arasında yazdığı "İnsan" pyesi həm müsbət münasibət, həm də tənqidi fikirlər kifayət dərəcədə çox olmuşdur. Əsər müharibə başa çatdıqdan dörd ay sonra 1945-ci ilin sentyabrında Məhərrəm Haşımovun Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur. "İnsan" pyesi həm Səməd Vurğunun sığlığında, həm də haqq dünyasına qovuşduqdan sonra Əliheydər Ələkbərov və Mehdi Məmmə dov tərəfindən bir neçə dəfə tamaşaya qoyulmuşdur.
Müəllif əsərdə baş verən hadisələri 1975-ci ildə Qara dəniz sahilində yerləşən bir şəhərə köçürmüş, müharibə epizodlarını isə obrazların xatirələri kimi qələmə almışdır. Tanınmış rejissor Mehdi Məmmədov tamaşanın məkanını Qara dənizdən Xəzər sahilinə keçirmir və "İnsan" dramını 1975-ci ildə M.Əzizbəyov adına Azərbaycan dövlət Dram Teatrında tamaşaya qoymuşdur. Tamaşa uzun müddət böyük anşlaqla keçirilmiş və çoxsaylı tamaşaçı kütləsi cəlb etmişdir. Tamaşanın nümayişinin birinci günü bilet tapmadığımızdan, ikinci günə bilet ala bilmişdik. Nə birinci, nə də ikinci mərtəbədə bir boş yer də yox idi. İynə atmağa da yer yox idi.
Tamaşada müharibədə iştirak edən Cəlal adlı bir şair obrazı var idi. Müəllif əsərinin bir yerində özünün "Dağlar" şeirinin üç bəndini şair Cəlalın dili ilə səsləndirir. Şair Cəlal son bənddə "Cəlalı da salar yada" deməli idi. Ancaq rejissormu, aktyormu həmin bəndi bu cür ifa etdi:
Bir qonağam bu dünyada,
Bir gün ömrüm gedər bada,
Vurğunu da salar yada,
Düz ilqarlı bizim dağlar.
Zalda əyləşmiş tamaşaçıların hamısı ayağa qalxıb, elə ayaq üstə əl çalmağa başladılar. Tamaşa dayandırıldı və yalan olmasın 15-20 dəqiqə tamaşaçılar zaldan, aktyorlar isə səhnədən əl çalırdılar… Ancaq bundan sonra aktyorlar tamaşanı davam etdirdilər. Bu alqışlar Səməd Vurğun sənətinə edilən ehtiramın və hörmətin nəticəsi idi.
"İnsan" dramı Səməd Vurğunun ən çox sevdiyi əsəri idi. Bundan əvvəlki dramatik əsərlərin hamısının mövzusu tarixdən götürülmüşdü. "Vaqif" də "Fərhad və Şirin" də, "Xanlar" pyesi də. "İnsan" müəllifin mövzusunu müasir həyatdan götürdüyü yeganə dram əsəri idi. Bu əsər yazıldığı və ilk dəfə tamaşaya qoyulduğu günjən etibarən, haqqında xoş söz deyən bütün müəlliflərə, tənqidçilərə və ədəbiyyatşünaslara təşəkkür edirik. Əsərin süjkt xətti və bədii məziyyətləri haqda obyektiv tənqidi fikir söyləyənlərin fikirlərinə də ehtiramla yanaşırıq.
Təəssüf ki, bu gün televiziya ekranından "İnsan" dramı haqda sərsəm mülahizələr söyləyənlərin fikirləri ilə razılaşa bilməyəcəkik. Bəzi aparıcılar və təsadüfən onların şou xarakterli verilişlərinə gələnlər, heç əsəri oxumaya-oxumaya, "İnsan" dramının zəif olmasından danışanda susmaya bilmirsən. Onlar tutuquşu kimi, əsərin sovet dövründə tənqid edildiyini və bu tənqidin doğru olduğunu təkrarlayırlar. Əlbəttə, sovet dövründə də, indi də əsərə qərəzli münasibət göstərilib. Sovet ədəbiyyatşünasları "İnsan" dramının ideoloji xəttini təşkil edən "Qalib gələcəkmi cahanda kamal?" fikrini kommunizmlə bir araya sığmadığını əsaslandırmağa çalışırdılar. Dünya müharibəsinə rəvac verən alman faşizmi silah gücü ilə həqiqəti, kamalı, idrakı gücü susdurmağa cəhd edirdi. Bir bu səbəbdən şairin qoyduğu sual özünü bütün məntiqi və qeyri-məntiqi təzahürləri ilə özünü doğruldur.
Bu günü tənqidçilərin nəzərlərini bir məsələyə yönəldirik. Rusiya və bəzi xarici ölkələrin dəstəyi ilə ermənilərin 20 il ərzində işğal etdikləri torpaqlarımızdan çıxmamaları "cahanda kamalıq qalib gəlmədiyini" sübut etmirmi? Daha bir məsələyə toxunmağı vacib hesab edirik. "İnsan" dramının baş vermə zamanının müəllif tərəfindən 1975-ci ildə, yəni müharibədən 30 il sonraya keçirilməsini yanlış cəhətə yozanlar da olub. Bu cür tənqidçilər müəllifin 1975-ci ili kommunizmin başlanğıcı zənn etdiyini və kobud səhv buraxdığını vurğulayırlar.
Gəlin obyektiv danışmağa cəhd edək. Sosializmin bir və ya bir neçə kapitalist ölkəsində baş verəcəyi nəzəriyyəsini ortaya atan "proletariatın dahi rəhbəri" Vladimir İriç Lenin kommunizm cəmiyyətinin 1980-ci ildə bərqərar olunacağını düşünürdü. Ancaq 1980-ci illərdə iqtisadi durğunluq yarandı və bir neçə il sonra nəinki "kommunizm bərqərar" olmadı, hətta "kommunizm birinci fazası" hesab edilən sosializmin özü də çökdü.
İndi gələcək Səməd Vuoğunun fikrini tənqid edən tənqidçilərin səhvinə. 1980-ci ilə nisbətən 1975-ci il "kommunizmə keçid" olmasa da, sosializmin qızıl dövrü olmağa layin il idi. Həmin ildə bütün sahələrdə inkişaf və tərəqqi yüksəliş mərhələsində idi. Elə bu da Səməd Vuoğunun haqlı olduğunu sübut edir. Deməli, insan gözünü yumub ağzını açanda, nə deyəcəyini ölçüb-biçməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB