Putin: “Hadisənin bu ssenari ilə inkişafını heç istəmirəm”

“ABŞ-la İran arasında müharibə azından bölgə üçün faciə olar”. SİA xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin iyunun 20-də canlı yayımda Oman körfəzində tankerlərin partladılmasını şərh edərkən deyib.

“Bu azından bölgə üçün faciə olar. Bu zorakılığın artmasına, hətta regiondan olan qaçqınların sayının çoxalmasına səbəb ola bilər”, - deyə V.Putin vurğulayıb.

Onun sözlərinə görə, hərbi gücün tətbiqinin nəticəsini hesablamaq çox çətindir. Rusiya prezidenti qeyd edib ki, hadisənin bu ssenari ilə inkişafını heç istəmir.

Qeyd edək ki, ABŞ Oman körfəzində iki neft tankerinə hücumda İranı ittiham edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...