Çin şirkəti bükülən dron hazırlayıb

Çinin “DJI” şirkəti bükülən yeni “Mavic 2” dronunu təqdim edib. Pilotsuz uçuş aparatı “Mavic 2 Pro” və “Mavic 2 Zoom” versiyalarında istehsal olunacaq. “Mavic 2 Pro” “Hasselblad” şirkəti tərəfindən hazırlanmış 20 meqapiksel təsvir ölçülü bir düymlük matrisli kamera, “Mavic 2 Zoom” versiyası isə “DJI”nin öz istehsalı olan 12 meqapiksel matrisli kamera ilə təchiz edilib. Dronun hər iki versiyası 4K formatında videoçəkilişi dəstəkləyir və 8 Gb daxili yaddaşa malikdir.

Newsru.com saytı xəbər verir ki, yeni dron maneələri daha yaxşı dəf etməyə imkan verən təkmilləşdirilmiş sistemlə təchiz olunub. “Mavic 2” batareyası sayəsində yarım saatadək havada qala bilir, onun maksimal sürəti saatda 72 kilometrdir.

“Mavic 2 Pro”nu 1149 dollara, “Mavic 2 Zoom” versiyasını isə 1249 dollara əldə etmək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə