Rusiyada festivalda kütləvi zəhərlənmə

Rusiyanın Tomsk bölgəsində keçirilən “Balta Bayramı” festivalının iştirakçıları arasında kütləvi zəhərlənmə halı baş verib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, ötən gündən bu günə qədər zəhərlənmə halı ilə bağlı 34 nəfər həkimə müraciət edib.

Müraciət edənlərin hamısında ürək bulanma və qızdırma əlamətləri müşahidə olunub. Zəhərlənənlərdən 14 nəfəri hospitallaşdırılıb, 20 nəfərə isə ilin yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda zəhərlənmənin səbəb və mənbəyi üzərində araşdırma aparılır.

Qeyd edək ki, bundan öncə mətbuatda zərərçəkənlər arasında xarici vətəndaşların da olduğu yazılırdı. Lakin bununla bağlı hələ də dəqiqləşdirmələr aparılmayıb.

Təşkilat komitəsi baş verənlərlə bağlı festivalın yemək işlərinə baxan şirkətlə müqaviləni ləğv edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə