Azərbaycan qılıncoynadanı dünya kuboku turnirində iştirak edib

Sablya üzrə yığma komandamızın üzvü Aysel Əhədova Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən gənclərin Dünya Kubokunun mərhələ yarışında iştirak edib.

SİA-nın məlumatına görə, qrup mərhələsində keçirdiyi 6 görüşdən 3-nü qalib başa vuran Aysel, onaltıdabir finalda turnirin gümüş mükafatçısı Nisanur Erbilə 7:15 hesabı ilə uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...