U-16 Şimali Makedoniyaya məğlub olub

Şimali Makedoniyanın Skopye şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində ilk oyununu keçirib. SİA-nın məlumatına görə, Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə oyun 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Yığmamızın heyətində Ağadadaş Salyanski fərqlənib.

Bu komandalar arasında növbəti oyun iyunun 13-də, Bakı vaxtı ilə saat 13:00-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...