Bakıda təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik baş verib. SİA-nın məlumatına görə, Şakir Seyidov və Emil Qasımov “Sabah” klubunun Azərbaycan kubokunun ¼ final mərhələsinin cavab oyunu ilə əlaqədar icazə alaraq toplanışı erkən tərk ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə