İki futbolçu U-19-dan ayrılıb

17 Dekabr 2018 17:18 (UTC+04:00)

Bakıda təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik baş verib. SİA-nın məlumatına görə, Şakir Seyidov və Emil Qasımov “Sabah” klubunun Azərbaycan kubokunun ¼ final mərhələsinin cavab oyunu ilə əlaqədar icazə alaraq toplanışı erkən tərk ediblər.