Martın 21-də Azərbaycanda yaz fəsli başlayacaq
2019-cu ildə yaz fəsli Azərbaycana martın 21-i Bakı vaxtı ilə saat 01:58-də daxil olacaq.
SİA-nın Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasına istinadən verdiyi xəbərə görə, bu zaman gecə ilə gündüz bərabərləşir.
Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə