Bu şəxslər cərimələnəcək DƏYİŞİKLİK

Azərbaycanda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarından istifadəyə təklif və ya tələb etməklə onların tütündən istifadə prosesinə cəlb edənlər cərimələnəcəklər. SİA xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik təklif olunur.

Məcəllənin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinə 3-cü bənd əlavə edilir.

Əlavəyə əsasən, yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatlarından istifadəyə təklif və ya tələb etməklə onların tütündən istifadə prosesinə cəlb edilməsinə görə 100 manat məbləğində cərimələnəcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...