Elnarə “Səndən sonra…” dedi KLİP-VİDEO

Müğənni Elnarə Xəlilova "Səndən sonra..." mahnısına çəkilən klipini təqdim edib. SİA-nın məlumatına görə, mahnının musiqisi Namiq Zeynalov, sözləri Anar Məmmədova məxsusdur. Kamançada Şəhriyar Musayev, gitarada Vüqar İsmayılov ifa edib.

Mahnını rejissor Nail Naiboğlu ekranlaşdırıb. Operatoru Ruslan Ağazadə olan klipin montajı Xəqani Əliyev, rəng korreksiyasi Aleks Anişenkoya məxsusdur.

"Səndən sonra" klipinin çəkilişləri Bakı Dəmiryolu Vağzalında, Bakı-Gəncə sürət qatarında, Gəncə Dəmiryolu Vağzalında aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə