Xatundan Fatiməyə: "Get yalan, bədbəxt həyatını yaşa" FOTOLAR

Bir müddət öncə rəfiqə olub, hazırda düşmənə çevrilən müğənni Xatun Əlliyeva ilə rəqasə Fatimə Fətəliyeva arasındakı qalmaqal bitmək bilmir. SİA-nın məlumatına görə, ifaçı "İnstagram" səhifəsində dodaqları silikonlu xarici məşhurun fotosunu paylaşaraq, yenidən rəqqasənin ünvanına xoşagəlməz sözlər yağdırıb. Hətta o, Fətəliyevaya hədə-qorxu da gəlib: "Bu fotonu gördüm bir müğənnimi, rəqqasəmi, düşükmü, afiristmi, ev yıxanmı deyim, o yadıma düşdü. Bu fotonun eynisi məndə var. Çıxıb efirə utanmaz-utanmaz yalan danışır, ağıl verir, akademiklik edir. Deyir, mənim dodaqlarım anadangəlmədir, silikonum yoxdur. Son xəbərdarlıq: sən bir də orda-burda məndən danışasan, mənə şərlər atasan, müğənnilərə məndən yalan-yalan sözlər desən, aramı vurasan, səni rüsvay etməsəm mənə Xatun deməsinlər. Yanındakılara iki dəfə xəbərdarlıq etmişəm. Bu da üçüncü. Get yalan, bədbəxt həyatını yaşa. Əl çək məndən. Yalan deyən rəqqasədir. Xəyanət, yalançı, dilin yanacaq. Sağ göstərib, sol vuraram".

Xatun ad çəkməsə də izləyicilər bu sözləri küsülü olduğu rəqqasə Fatimə Fətəliyevanın ünvanına yazdığını vurğulayıblar. Onlar "Daha yazaydın Fatiməyə də" kimi şərhlər qeyd ediblər. İfaçının izləyiciləri sosial şəbəkədə F.Fətəliyevanın ünvanına xoşagəlməz sözlər yazmaqdan da çəkinməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...