Dado yenidən Natavanı sevdiyini bəyan etdi FOTO

Xəbər verdiyimiz kimi, reper Dado 8 Mart Beynəlxalq Qadınlar günündə müğənni Natavanla qucaqlaşan şəklini "İnstagram" səhifəsində paylaşmışdı. SİA-nın məlumatına görə, Dadonun bu paylaşımı cütlüyün yenidən barışdığı haqda xəbərlərin yayılmasına səbəb olub.

Bu gün isə Dado yenidən Həbibinin fotosunun yer aldığı fincan şəklini yayımlayaraq “Hər zaman və hər bir an” şərhini yazıb.

Reperin bundan əvvəl paylaşdığı Natavanla olan fotosunu silməsi də diqqətdən qaçmayıb.

Qeyd edək ki, Natavan ötən ilin dekabrında ayrıldıqlarını bildirmşidi. Yeni il ərəfəsində isə cütlük yenidən barışdığını söyləsə də, müğənni fevralda "Zaurla Günaydın" verilişində artıq ayrı evlərdə yaşadıqlarını etiraf etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə