7 PKK terrorçusu zərərsizləşdirilib

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalındakı Haftanin bölgəsindəki PKK hədəflərinə hücum həyata keçirib. Əməliyyat nəticəsində terror təşkilatının 7 hərbçisi məhv edilib. SİA "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Hava hücumu "Pençe" antiterror əməliyyatının üçüncü mərhələsi çərçivəsində həyata keçirilib.

Qeyd edək ki, mayın 27-də İraqın Hakurk bölgəsində Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akarın rəhbərliyi ilə Pençe-1 əməliyyatı başlayıb.

İyul ayında əməliyyatın miqyası genişləndirilib və Pençe-2 mərhələsi başlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə