İlqar Orucov: “Cəmil Həsənli ilə Əli Kərimli arasında qarşıdurma dərinləşəcək” RƏY-ÖZƏL

“Azərbaycanın siyasi səhnəsində adını müxalifət qoyan, amma, fəaliyyətləri qaragüruhdan, şəxsi tamahdan, ambisiyalardan ibarət “Milli Şura” və onun başında dayanan insanlar heç zaman potensial qüvvə, real müxalifət və sosial bazaya malik platforma ola bilmədi”. Bunu SİA-ya açıqlamasında AGAAMC-ın sədri, fəlsəfə doktoru İlqar Orucov deyib. Onun sözlərinə görə, səbəb ilk növbədə bu uğursuz proyektin kordinatorlarından olan Ə.Kərimli və C.Həsənli kimi şəxsi maraqları naminə ən iyrənc mübarizəyə hazır olan insanların mahiyyətindədir: “Ümumilikdə ölkənin analoji müxalifətinin yenilənməsi prosesi qaçılmazdır. Bu təfəkkürdə olan adamlar sadəcə müxalifətçilik üçün əngəldirlər. Kim istəyir ki, ölkədə müxalifət olmasın? Bunu hansı iqtidar istəməz? Əlbəttə real və həqiqi müxalifət hər bir dövlətin, cəmiyyətin inkişafında vacib faktordur. “Milli Şura” yarananda biz bu qurumun perspektivsizliyini görürdük. İlk növbədə ona görə ki, “Milli Şura”nın sifarişini Azərbaycan cəmiyyəti verməmişdi, bu hansısa dövlətlərin siyasi mətbəxlərində hazırlanmışdı. Digər tərəfdən, Ə. Kərimli də, C.Həsənli də, “Milli Şura”nın digər funksionerlərini də kifayət qədər yaxşı tanıyırıq, bu adamlar üçün birləşdirici dəyərlər yoxdur. Fikrimcə, “Milli Şura”da C. Həsənli ilə Ə.Kərimli arasında yaranmış narazılıq hələ ilkin formasındadır, bu proses dərinləşəcək və zaman gələcək ki, bunlar bir-birilərini satqınçılıqda, hansısa maliyyə maxinasiyalarında, siyasi riyakarlıqda ittiham edəcəklər. İndiyədək Əli Kərimlinin yanında olmuş, onunla eyni cəbhədə dayanmış nə qədər adam tanıyırıq ki, hazırda Kərimli ilə konkret düşmən münasibətindədirlər. Ə.Kərimlidə ifrat hakimiyyətə hərislik, paxıllıq, özündən başqa kimisə qəbul etməmək kimi eqoizm vardır. Bütün bu istəkləri isə şəxsi qabiliyyəti, intellektual səviyyəsi, istedadı tərs mütənasiblik təşkil edir. Cəmil Həsənli isə vaxtilə parlamentdə təmsil olunduğu zaman ki çıxışları, yazıları ilə parlamentə seçilməyəndən sonrakı açıqlamaları arasındakı ziddiyyətlərlə şəxsi keyfiyyətini, ziyalı üçün ayıb sayılan mövqe daşıyıcı olduğunu sübut etmiş biri kimi cəmiyyətdə tanınır. Bu adam yenidən parlamentdə əyləşəcəksə dərhal Ə.Kərimlini söyə bilmək qabiliyyətinə malikdir. Yəni, bütün bunlar özünə müxalifət deyən bu insanların iç-üzünü ortaya qoyur. Heç bir zaman bu insanlar bir olmayıblar. Onların birliyi sadəcə görüntüdən başqa bir şey deyildir. Bu günkü müxalifət iqtidarın malik olduğu sosial bazanın beş faizinə belə malik deyilsə, 26 ildir bir araya gələ bilmirsə, bu qədər müddətdə heç bir uğur qazana bilməyibsə artıq çoxdan çıxıb getməli idi. Fikirləşirəm ki, cəmiyyət siyasi səhnəyə fərqi mövqeyə, dünyagörüşə, amma, dövlətə bağlı, dövlətçiliyin qədrini bilən yeni nəsil konstruktiv müxalifəti gətirəcək, indiyədək mövcud olan və özünə müxalifət deyən, zərərli təfəkkürə malik kərimliləri, həsənliləri siyasi səhnədən birdəfəlik silib süpürəcəkdir”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...