Təhmasib Novruzov: “Müxalifət pul-para xatirinə hər cür rəzilliyə getməyə hazırdır” RƏY-ÖZƏL

“Özünü müxalifət adlandıran bəzi siyasət dəllalları”. Bunu SİA-ya açıqlamasında Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov deyib. Onun sözlərinə görə, bunu fəaliyyətləri ilə dəfələrlə göstəriblər və təəssüf ki, göstərməkdə davam edirlər: “Belə olan təqdirdə, Qərbdəki erməni və ermənipərəst qüvvələrin Azərbaycanda qarışıqlıq salmaq məqsədilə qoyduqları “sərmayə”, heç də həmişə bərabər bölünmür. Təbii ki, siyasi biznesmenlər arasında bundan rəncidə olanlar tapılır və ona az məbləğ verilməsinə etiraz səsi qaldırır. Təsəvvür edirsinizmi, o zaman onlar oturub pul bölgüsünün ədalətli olub-olmamasını sübut etmək üçün kimin bu iqtidarı daha çox şantaj eləməsi faktlarını sayırlar. Və bu sayımda da, heç şübhəsiz, hərə özünü daha fəal anti-Azərbaycan kimi sübut etməyə cəhd edir. Nəticədə bir-birlərini didməyə, təhqir və digər yollarla gözdən salmağa çalışırlar. Çünki bu adamabənzər məxluqları nə Azərbaycanın, nə də onun vətəndaşlarının taleyi maraqlandırmır. Onların bir marağı var, o da daha çox para əldə etmək, vəssalam! Xaricdəki özlərini azərbaycanlı adlandıran bəzi zir-zibillər həmin anti-Azərbaycan qüvvələrlə daha çox təmasda olduqlarından, burdakı dostlarından kimə az pay düşsə, dərhal onların barmağı olduğunu düşünür və hücumu onun üzərinə yönəldir. Çox gülməli mənzərədir, söy ki, şantaj et ki, qara yax ki, sənə daha çox pul versinlər. Yazıqlar olsun, vallah. Mən dünyada bundan rəzil insan durumu təsəvvür etmirəm”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə