Satqın “azərbaycanlılar” ermənilərlə iş birliyində!

Onlar jurnalist Fuad Abbasovun Rusiyadan deportasiyası üçün ermənilərlə birgə dəyirmi masa keçiriblər

Dəqiqləşdirilən məlumata görə, Moskvada "azərbaycanlı"-erməni dəyirmi masası keçirilib. SİA xəbər verir ki, bu barədə qhtxeber saytının baş redkatoru Sənan Nəcəfov yazır. SİA xəbər verir ki, burada məqsəd, jurnalist Fuad Abbasovun Rusiyadan deportasiyasına nail olmaqdır.

Xatırladaq ki, məhz ermənilərin məkrli planlarına görə, onlar azərbaycanlılarla çeçen xalqı arasında süni münaqişə yaradaraq, xalqlarımızı qarşı-qarşıya qoymağa cəhdlər göstərmişdilər. Məhz həmin cəhdlərin puça çıxmasının əsas səbəbkarlarından biri və Rusiyada yaşayan çeçen diasporunu azərbaycanlı iş adamları və diaspora nümayəndələri ilə görüşdürən, xalqlarımız arasında barışığa nail olan Fuad Abbasov olub.

AzərMOS və AzərRos...

Ermənilərin və onlarla əlbir olan dırnaqrarası azərbaycanlıların narahat olmalarına daha bir səbəb isə, “Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimovun adı ilə bağlıdır. Belə ki, o öz doğma qızını erməniyə ərə verib.

Xatırladaq ki, həmin ərəfələrdə Moskvanın Prezident otelində baş tutan görüşdə çağırılmamış qonaq olan Ağadadaş Kərimov Fuad Abbasovun ona ünvanladığı sualları cavabsız qoyub. Azərbaycanlı jurnalistin sözlərinə görə, A. Kərimov tədbirdə ermənilərin mövqeyini qorumağa çalışıb: “Biz bilirik ki, Ağadadaş Kərimovun həyat yoldaşı ermənidir, qızını da erməniyə ərə verib. Bəlkə də evində də erməni dilində danışır. Bu, onun şəxsi işidir. Amma Moskva azərbaycanlılarına Kərimovun rəhbərlik etməsinə hamımız birlikdə qarşı çıxmalıyıq. Onun vəzifəsindən azad edilməsi üçün hüquqi prosedurlar başlamalıdır”.

Lakin ermənilər və onlarla əlbir olan, eləcə də azərbaycanlı adını daşımağa layiq olmayan “azərbaycanlılar” necə deyərlər, zirək tərpəniblər. Belə ki, Moskvada yerləşən Azərbaycanlıların iki diaspor təşkilatı - Moskvada Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyatı (AzərMos) və Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyatı (AzerRos) 2019-cu il martın 12-də Moskvada erməni təşkilatlarının nümayəndələrinin iştirakı ilə Moskva Millətləri Evində toplantı keçiriblər. İclas iştirakçıları Misra TV jurnalisti Fuad Abbasovun həbs edilməsi və deportasiyası haqqında Rusiya Federasiyasının muvafiq orqanlarına müraciət ünvanlayıblar.

Böyük xəyanət!

İclasda iştirak edən erməni hüquqşunas və diaspora fəalı, iki erməni teatrının təsisçisi, Manuk Şamirov da çıxış edərək bilirib ki, “Artıq Abbasovla bağlı şikayətləri və onun deportasiyasıyla bağlı müraciətləri müxtəlif Rusiya dövlət qurumlarına (təhlükəsizlik, immiqrasiya siyasəti və s.) göndərib. Məni qəzəbləndirən əsas amil isə Abbasovla bağlı müraciətlərə Rusiya dövlət qurumları heç bir cavab vermirlər. Abbasov və Azərbaycan kəşfiyyatçısı İbad Hüseynovun Moskvada görüşü yadımdadır. Bu o Hüseynovdur ki, Monte Melkonyanın başını kəsdiyini iddia edir. Abbasov bu adamla nə səbəbə Moskvada görüşüb? Həmçinin Abbasov bir müddət əvvəl alış və ermənilərin birgə keçirdikləri tədbirləri qanunsuz yolla öz adamları tərəfinən pozub. Rusiya hüquq-muhafizə orqanları bu əməllərə nə üçün reaksiya vermir?”

Dəyirmi masaya dəvət olunmuş Levon Albertoviç Muxanyan (Rusiya-Erməni İttifaqının vitse-prezidenti), Abbasovun idarə etdiyi üç azərbaycanlının 2016-cı il noyabrın 4-də Moskvada Qarabağ erməniləri, ermənistanlılar, türklər və azərbaycanlıların öz dövlətlərinin bayraqlarıyla keçirdiyi yürüşü qanunsuz yolla dayandırdıqlarını bildirib. M.Mukanyan çıxışının sonunda Rusiya hakimiyyət orqanlarından F. Abbasovun fəaliyyətinə hüquqi qiymət verməsini tələb edib.

Qeyd edək ki, toplantıdan sonra Kərimov və Sadıxova arasında ciddi mübahisə baş verib. Mübahisəyə səbəb də məhz iclasda ermənilərin iştirakı olub.

Məlumatda bildirilir: “Göründüyü üzrə Rusiyada azərbaycanlıların əsas diaspora qurumları hesab edilən AzerRos və AzerMos vətənə xəyanətə davam edirlər. Onlar bir qrup erməni lobbiçini başlarına yığıb bir azərbaycanlı jurnalistə qarşı mübarizə aparırlar. Sapı özümüzdən olan baltalara qarşı fəal mübarizə aparan F.Abbasovu bütün azərbaycanlılar müdafiə etməlidirlər. Ən azından ona görə ki, o dəyirmi masada iştirak edən erməni nümayəndələrin sözləriylə desək ermənilərə “problemlər yaradır və onların təbliğat kampaniyasına mane olur”. Doğurdan da Rusiya kimi Dağlıq Qarabağ probleminin həllində spesifik təsiri olan bir ölkədə bizim diaspora qurumlarımız vətənpərvər olduğuna görə bir azərbaycanlı jurnalisti, F. Abbasovu Rusiyadan deportasiya etdirmək, hətta həbs etdirməyə çalışırlar. Nizami Rəmzi demişkən “Qeyrətin namusun pula satanlar, vətənə xaindir, düşmənlərə yar”...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...