“Ermənistan baş naziri Nikol Paşinyanın Moskvaya səfərində əsas məqsəd Rusiya prezidenti Vladimir Putinlə görüşməkdir. Amma Rusiya prezidentinin məbuat katibi Dmitriy Peskov məlumat verdi ki, Putin Paşinyanla görüşməyəcək”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Mərkəz sədrinin sözlərinə görə, ermənilərin hiyləvari bir davranış modeli var: “Onlar həmişə uzun müddət qərbdə qalanda və qərb adamları ilə görüşəndən sonra Moskvaya yollanırlar. Bu da onların hiyləsidir. Davosda çoxlu sayda görüşlər keçirildi. Paşinyan isə ayaqüstü də olsa elə adamlarla görüş keçirdi ki, həmin görüşlər istər-istəməz Rusiyanı narahat etməməlidir. Paşinyan da əvvəldən o adamlarla görüşəcəyini bilirdi. İndi də guya Avrasiya İqtisadi Birliyində Ermənistanın mövqeyi ilə bağlı mühazirə oxuyacaq. Paşinyan o adla Moskvaya səfər edib. Amma hesab edirəm ki, Rusiyada artıq Paşinyan kifayət qədər ifşa olunmuş adamdır”.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya səfər edib. Paşinyanın başçılıq edəcəyi nümayəndə heyəti 24-25 yanvar tarixlərində Moskvada olacaq. O, Davosdakı Dünya İqtisadi Forumunda iştirakından sonra Rusiyaya gedib.
Bütün xəbərlər Facebook səhifəmizdə