"Ermənistan hər zaman hürən dövlət olub" ÖZƏL-RƏY

“Bu gün Rusiya indiyədək Azərbaycana qarşı etdiyi haqsızlığın cəzasını alır. Məsələ ondadır ki, Azərbaycan alimləri, siyasətçiləri, ziyalıları da dəfələrlə sübut ediblər ki, ermənilər partnyor kimi çox satqın bir partnyordur. Bunlar lap qədimdən bu yana bütün ölkələri sata-sata gəliblər. Onlar spartakdan bəri satqınlıqla məşğul olublar. Təbii ki, bunlar mütləq Rusiyanı da satmalıdırlar. Çünki indi növbə Rusiyanındır”. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloqun sözlərinə görə, Rusiya hələlik buna inanmaq istəmir və onları bir növ qorxuzur: “Amma məsələ ondadır ki, hal-hazırda Paşinyanın yürütdüyü siyasət Rusiyanın maraqlarına uyğun deyil. Yəni guya ki, Ermənistanı azad, qərbyönümlü demokratik bir dövlət kimi təqdim etmək istəyirlər. Təbii ki, burada da əsas məqsəd Azərbaycan dövlətinin, Prezidentinin köməyi ilə Ermənistanın alnına yapışdırılmış işğalçı dövlət statusundan çıxarmaq marağıdır. Yəni onlar bunu bir demokratik dövlət kimi təqdim etmək istəyirlər. Artıq Rusiya da onunla razılaşmaq istəmir. Ona görə də Rusiya KİV-ləri Ermənsitana qarşı artıq ciddi bir səlib yürüşünə başlayıb.

Çox şükür ki, Azərbaycan bu işlərdə tək deyil. Eyni zamanda Azərbaycanın dəfələrlə irəli sürdüyü iddialar öz təsdiqini tapır. Yəni bu o deməkdir ki, Ermənistan yaxın zamanda beynəlxalq aləmdə təklənəcək. Bu birmənalıdır. Çünki Qərbin özünün belə böyük imkanları yoxdur. Ermənistan hər zaman hürən bir dövlət olub. Onsuzda siyasi, iqtisadi cəhətdən bu dövlət yox idi. Artıq işğalçı ölkə iflasın ərəfəsindədir. Yəqinki Paşinyanın hakimiyyəti illərində yaxın bir-iki il ərzində Ermənistan tam iflasa uğrayacaq. Beləcə Paşinyanın hakimiyyətdə qalma ehtimalı çox aşağıdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə