"Bu, Ermənistanın tarixində ən rüsvayçı seçkilər idi" David Şahnazaryan

"Seçkiöncəsi kampaniyaları mövcud hakimiyyət üçün böyük problemlər yaratdı". SİA xəbər verir ki, bu barədə Respublika partiyasından deputatlığa namizəd David Şahnazaryan jurnalistlərlə görüşü əsnasında bildirib. “Bu, Ermənistanın tarixində ən rüsvayçı seçkilər idi”, deyən deputatlığa namizəd seçkiöncəsi kampaniyanın hakimiyyət dairələri tərəfindən təhdid, güc tətbiq etmə ilə müşahidə olunduğunu bildirib.

Lakin bununla yanaşı, Şahnazaryan bu prosesin Ermənistan üçün əhəmiyyət daşıdığını deyib və əlavə edib ki, özü ilə bərabər iki seçki bülleteni də götürüb. “Bu gün saat 20:00-da (seçkilərin başa çatdığı saatda-R,) Respublika partiyasının ofisində mütləq görüşəcəyik və onda da göstərəcəyəm”, deyə deputatlığa namizəd qeyd edib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə