“Ermənistan beynəlxalq təşkilatlarda müstəqil və ciddi ölkə kimi qəbul olunmur” AÇIQLAMA

“Ermənistan beynəlxalq təşkilatlarda müstəqil və ciddi ölkə kimi qəbul olunmur”. Bunu SİA-ya açıqlamasında Millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, KTMT-də də Ermənistan rəhbərinə bir dövlət başçısı kim baxılmır və quruma baş katibliyi Ermənistandan alınması da bunun göstəricisidir: “Belarusiya və KTM-də təmsil olunan Ermənistandan başqa qalan ölkələrin Azərbaycanla çox yüksək səviyyəli ikitərəfli dostluq və əməkdaşlıq əlaqələri var. KTMT-də təmsil olunan ölkələr heç də Azərbaycanı buraxıb, Ermənistanın dalınca getməzlər. Çünki, Ermənistan bəd niyyətlidir və məqsədi hər bir beynəlxalq təşkilatdan nə isə qoparmaqdır. Bunu da hamı görür və belə bir ölkəni qəbul etmək istəmirlər. Ermənistanın Azərbaycan torpaqlarının işğal altında saxlaması ermənilərin bu qurumda ciddi tərəf kimi qəbul edilməməsinə gətirib çıxarmışdır. Bu da Ermənistan ictimaiyyətinin kəskin etirazlarına gətirmişdir. Ermənilər artıq anlamalıdırlar ki, Azərbaycan torpaqlarını işğal altında saxlamaqda davam etdikcə bütün dünyanın gözündən düşəcəklər və bir müstəqil ölkə olaraq dünya xəritəsindən silinəcəklər. Ona görə də, tezliklə Azərbaycanla dil tapmalı, işğalı dayandırmalı və mehriban qonşuluq siyasətinə keçməlidir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...