““Star”ın açılışı region üçün də xüsusi əhəmiyyətə malikdir” ÖZƏL-MÜNASİBƏT

“Ötən gün Türkiyənin İzmir şəhərində yeni layihənin başlanğıcının qoyulması hər iki ölkə, qardaş, dost və iki böyük tərəfdaş ölkə üçün əhəmiyyətli bir hadisədir. Təbii ki, “Star” neft emalı zavodunun açılışı region üçün də xüsusi əhəmiyyətə malikdir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, “Star” neft emalı zavodunun açılışında hər iki ölkə prezidentlərinin çıxışları bir daha bütün dünyaya Azərbaycanın və Türkiyənin bölgədə, dünyada ən böyük strateji tərəfdaş, partnyor olduğunu, həmçinin hər iki ölkənin Ümummilli Lider Heydər Əliyevin dediyi kimi bir millət, iki dövlət olduğunu bir daha ortaya qoydu: “Yəni bu münasibətlər artıq iki qonşu dövlət münasibətindən yüksəyə qalxıb. Bu layihə iki ölkə arasında həyata keçirilən təbii ki, ilk layihə deyil. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı və s. açılışı bütün bu söylənilənlərə nümunə göstərilə bilər. Ümumiyyətlə Türkiyə ilə Azərbaycan arasında sadəcə iqtisadiyyat sahəsində deyil, bütün sahələrdə - ordu quruculuğu, mədəniyyət sahəsində həyata keçirilən əlaqələr, müqavilələr, münasibətlər onu deməyə əsas verir ki, Azərbaycan-Türkiyə bütün dünyaya nümunə ola biləcək bir dostluq, tərəfdaşlıq münasibətləri içərisindədirlər. “Star” neft emalı zavodunun açılışı da düşünürəm ki, ölkələrimiz, xalqlarımız üçün çox əhəmiyyətli olacaqdır. Bu layihənin həyata keçirilməsi hər iki ölkənin daha da inkişaf etməsi, güclənməsi, eləcə də bölgədə, dünyada yeni əhəmiyyətli bir nüfuz sahibi olması deməkdir. Bu gün münasibətilə düşünürəm ki, hər iki ölkənin rəhbərləri birinci növbədə təbrik edilməlidir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...