Putin özünə müşavir təyin edib

Rusiya prezidenti Vladimir Putin Valentin Yumaşevi özünə müşavir təyin edib. SİA-nın verdiyi məlumata görə, bu barədə Kremlin saytında bildirilib.

Prezident həmçinin Aleksandr Bedritskini dövlət başçısının müşaviri vəzifəsindən azad edilməsi barədə fərman imzalayıb.

Qeyd edək ki, Yumaşev Rusiyanın birinci prezidenti Boris Yeltsinin qızı Tatyana Dyaçenko ilə evlənib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə