“Rüstəm İbrahimbəyov Azərbaycan vətəndaşlığından məhrum olunmalıdır” - AÇIQLAMA

"Şübhəsiz ki, Rüstəm İbrahimbəyovun belə bir anormal film çəkməsində Ermənistan xüsusi xidmət orqanlarının, eləcə də, Rusiyanın hansısa qaranlıq dairələrinin göstərişi və sifarişi var”. Bunu SİA-ya açıqlamasında Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib.

Onun sözlərinə görə, Rüstəm İbrahimbəyov çox yaxşı bilir ki, son iki yüz ildə ermənilər bizim başımıza nə oyunlar açıb: “Ermənilər qocaları, cavanları, uşaqları, hamilə qadınları işgəncələrlə qətlə yetiriblər. Sən, Rüstəm İbrahimbəyov, ermənilərin belə bir murdar hərəkətlərinin qarşısında biz azərbaycanlıları layıq olmayan millət kimi təqdim edirsən. Mən özüm Cənab Prezidentimizə müraciət etmişəm ki, Rüstəm İbrahimbəyovu Azərbaycan vətəndaşlığından məhrum etsin. Çünki onun Azərbaycan vətəndaşı olmağa haqqı yoxdur. O cümlədən də, “Milli Şura”ya da təklif etmişəm ki, onsuz da onlar hakimiyyətə gələ bilməyəcəklər. İzahat versinlər ki, vaxtilə İbrahimbəyovun prezidentliyə namizədliyini irəli sürüblər və özlərinə fəxri sədr seçiblər, nəyə görə? Onların özləri də Azərbaycan xalqından üzr istəsinlər ki, heç olmasa bir qədər mənəvi simalarını qoruyub saxlaya bilsinlər. Bu qədər həqarət, alçaqlıq ikinci dəfədir başımıza gəlir. Bildiyiniz kimi, Əkrəm Əyrilisinin “Daş yuxular” əsərindən sonra R.İbrahimbəyov “Qafqaz üçlüyü” adlı film çəkib. Bu filmdə azərbaycanlıları aşağılayıb, qorxaqlıqda ittiham etməsini kəskin şəkildə pisləyirik. Şübhəsiz ki, özlərinin Rusiyada olan erməni, rus ağalarının xoşuna gəlmək üçün bunları ediblər. Yəni R.İbrahimbəyov erməniləri göyə qaldırıb, öz xalqını isə aşağlaması şübhəsiz ki, erməni kəşfiyyatının sifarişidir. Çünki belə olmasaydı Roman Balayanla növbəti filimin çəkilişinə razı olmazdı. Siz təsəvvür edin ki, bir sıra rus aktyorları həmin filimdə çəkilməkdən imtina ediblər. Əslən azərbaycanlı olan məşhur rus aktyoru bildirib ki, mən Azərbaycanın suyunu içib, çörəyin yemişəm, heç vaxtı Azərbaycana qarşı belə filimdə yer almaram. Amma bu nadürüst İbrahimbəyov nəyin ki, Azərbaycanın suyunu içib, çörəyin yeyib, həm də, azərbaycanlı adını daşıyıb. O mütləq buna görə, cavab verməlidir”.

GÜLYANƏ

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə