Sənan Həsənov: "Xalq Prezident seçkilərində sülh, sabitlik istəyini nümayiş etdirdi" MÖVQE

“Aprelin 11-də Azərbaycanda keçirilən Prezident seçkiləri xalqımızın öz istəyini müstəqil şəkildə ifadə etdiyi, mahiyyət etibarilə mütəşəkkil və sivil qaydalara əsaslanan seçki kimi yadda qaldı”. Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Fəlsəfə İnstitutu üzrə təşkilat sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, Ulu Öndər Heydər Əliyev irsinin tədqiqatçısı Sənan Həsənov deyib.

O bildirib ki, 11 aprel seçkilərində xalqımız özünün layiqli namizədinə səs verməklə müdrikliyini bir daha nümayiş etdirdi.

S. Həsənov hesab edir ki, Azərbaycan xalqının Prezident İlham Əliyevin yorulmaz fəaliyyətinə verdiyi qiymət haqq-ədalətə, qurulmuş möhkəm dövlətçiliyə, parlaq gələcəyə verilən tarixi dəyərdir: “Çünki, verdiyi vədlərə sadiq olan, xalqın maraqları ilə dövlətin maraqlarını uzlaşdıran və bunların fonunda uğurlu islahatlar həyata keçirən Prezident İlham Əliyev dövlət başçısı kimi tariximizdə özünəməxsus yer tutub. Bu elmi əsaslarla izah oluna bilən, milli yaddaşımızın şərəf və qürur tarixi kimi qiymətləndirilməlidir ”.

“Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının namizədi olmasına baxmayaraq, cənab Prezidenti körpədən ahıl yaşlı insanlara qədər hər kəsin alternativsiz Lideridir. Bu, dövlət başçısının öz taleyini xalqın taleyinə bağlamasından xəbər verir. Bu həm partiyamızın, həm də bütöv Azərbaycan xalqının güclü dövlətçilik uğrunda ümummilli qələbəsi deməkdir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə